Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə62/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   58   59   60   61   62   63   64   65   ...   80
mulki mudafie 1-60 esas

Radiasiya əleyhinə daldanacaqlar (RƏD) onlarda yerləşdirilmiş insanların radioaktiv şüalanmadan, işıq 
şüalanmasından, müəyyən dərəcədə zərbə dalğasından, ZM-lərin, QKTM-lərin, bakterioloji vasitələrin və yandırıcı 
maddələrin insanların dərisinə, paltarına düşməsindən, bəzi təbii hadisələrdən ( qasırğa, qar axını və s.) qorumaq 
üçün tətbiq olunan mühafizə qurğularıdır. 
RƏD-lərdə ventilyasiya təbii olur, yaxud mexaniki vasitələrlə həyata keçirilir. RƏD-in qızdırılması binanın 
ümumi qızdırıcı sistemi vasitəsi ilə həyata keçirilir. Su xətti olmadıqda su, gündəlik norma bir nəfər üçün 2 litr 
olmaqla, çəlləklərdə saxlanılır. İşıq üçün cib fonarlarından, akkumlyator batereyalarından, kiçik generatorlardan
istifadə edilir. 
RƏD-lər radioaktiv şüalanmadan mühafizə xassələri ilə xarakterizə olunurlar. RƏD –in radioaktiv 
şüalanmadan mühafizə xassəsi mühafizə əmsalı K
m
ilə təyin olunur. Mühafizə əmsalı RƏD-in radiasiyanı neçə 
dəfə zəiflətdiini göstərir: K
m
=
y
d
h
2
, harada h – mühafizə qatının qalınlığı, sm; d
y
– yarımzəiflətmə qatıdır, sm. 
 
 
 
 
 
 
 
 
 
48.Sadə daldanacaqlar 
Sadə daldanacaqlar açıq və örtülü olurlar. 
Açıq sadə daldanacaqlarda (yarıqlar, səngərlər, tranşeylər və s.) yerləşən insanların zərbə dalğasının, işıq 
şüalanmasının, nüfuzedici radiasiyanın təsirinə məruz qalma ehtimalı açıq yerdə yerləşmiş insanlara görə 1,5 – 2 
dəfə, radioaktiv zəhərlənmənin təsirindən şüalanma ehtimalı isə 2–3 dəfə az olur. Örtülü yarıqlar insanları işıq 
şüalanmasının təsirində tam qoruyur, zərbə dalğasının təsirindən zədələnmə ehtimalını 2,5–3 dəfə azaldır.
Sadə daldanacaqların hündürlüyü 1,8 m, eni aşağıda 0,8 m, yuxarıda isə 1,1-1,2 m olur. Hər bir adama oturmaq 
üçün 0,5-0,6 m, uzanmaq üçün isə 1,5-1,8 m yer hesablanır. Səngərlərdə oturacaqlar düzəldilir. Yarıqların uzunluğu 
onlarda yerləşdriləcək insanların sayından asılıdır.
Yarıqları partlayış təhlükəsi və zəhərli maddələri olan sexlərin, anbarların, tutumların, yüksək gərginlikli 
elektrik xətlərinin yaxınlığında, subasma təhlükəsi olan yerlərdə düzəltmək olmaz.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin