Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Fərdi mühafizə vasitələrinin anbarlarda aşağıdakı saxlanılma müddətləri qəbul edilib



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə60/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   56   57   58   59   60   61   62   63   ...   80
mulki mudafie 1-60 esas

Fərdi mühafizə vasitələrinin anbarlarda aşağıdakı saxlanılma müddətləri qəbul edilib: təcridedici 
əleyhqazlar – 16 il; yüngül mühafizə kostyumu L-1 – 15 il; süzücü əleyhqazların qutuları, mühafizə plaşları OP-
1M, mühafizə corabları və əlcəkləri, əleyhqaz çantaları, mühafizə corablarının örtükləri – 14 il; R-2 respiratorları – 
5 il; regenerativ patronlar – 8 il; KZS, OPF eynəkləri – 10 il. FMV-nin anbarlarda saxlanılma prosesində 
(qəbulunda, göndərilməsində, yoxlamada, invertarizasiyada, FMV-lərə cavabdeh şəxslər vəzifələrini təhvil 
verdikdə) onların seçmə və ya tam üsulla yoxlanılması kçirilir.
İstifadədə olan süzücü əleyhqazlar yığılmış və kəmərləri çantanın içərisinə qoyulmuş şəkildə xüsusi 
hazırlanmış dolablarda saxlanırlar.
Dərinin fərdi mühafizə vasitələrinin saxlanılma şəraiti süzücü əleyhqazların saxlanılma şəraiti ilə eynidir.
Tədris müəssisələrində, hərbiləşdirilməmiş civil defense dəstələrində dərinin fərdi mühafizə vasitələri 
yığılmış şəkildə xüsusi yuvaları olan dolablarda, rəflərdə saxlanılır. civil defense dəstələrində onlar əşya kisələrind 
Obyektlərin fəhlə və qulluqçularının, MM dəstələrinin şəxsi heyətinin FMV ilə təminatı bilavasitə 
obyektlərdə təşkil olunan «FMV-nin verilmə məntəqəsi»ndə, işləməyən əhalinin FMV ilə təminatı onların 
yaşadıqları ərazidə müvafiq MİS-lər tərəfindən təşkil olunmuş «FMV-nin verilmə məntəqəsi»ndə həyata keçirilir.
Obyektin «FMV-nin verilmə məntəqəsi»nin tərkibi təqribən aşağıdakı kimi ola bilər: 

məntəqənin rəisi – 1nəfər; 
- FMV-nin avtomobillərdən boşaldılması üçün manqa – 4 nəfər; 

əleyhqazın üz hissəsinin seçilməsi üçün manqa – 2 nəfər; 
- FMV-nin verilməsi üçün manqa – 8 nəfər; 
- FMV-nin istifadəyə hazırlanması üçün manqa – 6 nəfər; 

əleyhqazların texniki yoxlanılması üçün manqa – 3 nəfər.
- Obyektin «FMV-nin verilmə məntəqəsi»nin şəxsi heyətinin sayı, təqribən, 24 nəfər ola bilər. 
FMV-nin istifadəyə hazırlanması üçün təyin olunmuş manqanın işi elə qurulmalıdır ki, FMV-nin 
yoxlanılmasında ləngiməyə yol verilməsin. Bu məqsədlə «axın» sistemli qaydadan istifadə olunur (bir neçə 
istiqamət təyin edilir). Hər bir istiqamtdə 4 iş yeri müəyyənləşdirilir: 
− I iş yerində əleyhqazların üz hissəsi dezinfeksiya maddələri ilə təmizlənir; 
− II iş yerində əleyhqaza xarici baxış keçirilir, yığılır, geyilir, tıxacla əleyhqaz qutusunun deşiyini bağlayıb 
dərindən nəfəs almaqla kipliyi yoxlanılır, içəri hava keçdikdə, bunun səbəbi aydınlaşdırılır və lazım olarsa, 
üz hissəsi dəyişdirilir Yığılmış və yoxlanılmış əleyhqaz çantaya qoyulur; 
− III iş yerində əleyhqazın düzgün geyilmə və çıxarılma qaydası öyrədilir; 
− IV iş yerində üz hissəsinin tərləmədən qorunması və zədələnmiş əleyhqazdan istifadə qaydaları öyrədilir. 
Əleyhqaz almış şəxslər 10-20 nəfərlik qruplarla IV iş yerindən «Əleyhqazların texniki yoxlanılması» meydançasına 
gedir.Burada əleyhqazlar geyilir və xlorpikrinin 8,5 mq/l qatılığı yaradılmış çadırda əleyhqazların kipliyi yoxlanilir. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin