Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə57/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   53   54   55   56   57   58   59   60   ...   80
mulki mudafie 1-60 esas

44. Tibbi fərdi mühafizə vasitələri 
Tibbi fərdi mühafizə vasitələri kimi müxtəlif radioprotektorlardan, antidotlardan, bakteriya əleyhinə 
vasitələrdən, ağrı kəsici, yanıq və yaralar üçün müxtəlif dərmanlardan istifadə olunur. Bunlardan bəziləri Aİ-2 fərdi 
apteçkasında cəmləşdirilib. 
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsirinə qarşı orqanizmin mühafizə qabiliyyətini artıran, şüa 
xəstəliyinin kliniki gedişatının ağırlığını azaldan dərman vəsaitləridir. Bunlara yod preparatları (kalium yodid, stabil 
yod), çistamin və s. aiddirlər. Radioprotektorlar – orqanizmin ionlaşdırıcı şüaların təsirinə görə dayanıqlığını artıran 
maddələrdir. 
Radioprotektor radioaktiv zəhərlənmə təhlükəsi olduqda və radioaktiv zəhərlənmə zonasına girişdən əvvəl 
qəbul edilir. 
1 qrup radioprotektorlar şüalanmadan əvvəl 1 dəfə, digər qrup radioprotektorlar isə 1 neçə dəfə qəbul edilir.
Radioprotektorlar tərkiblərinə və kimyəvi xassələrinə, təsir müddətinə və təsir mexanizminə görə təsnif 
olunurlar. Hal-hazırda xeyli sayda radioprotektorlar mövcuddur. Ən effektiv radioprotektorlara sistamin, sisteamin 
və ya MEA, merkaptopropilamin, aminoetilizotiuronium, serotonin, meqafen, aminazin, meksamin 
(metoksitriptamin), qammafos, indralin B190 və s. tərkibli kimyəvi maddələr aiddirlər. 
Kükürd tərkibli radioprotektorlar şüalanma dozasının 300 ber-ə qədər qiymətində və şüalanmadan 30-45 
dəqiqə əvvəl qəbul olunduqda müəyyən dərəcədə effektivdir.


42
Antidotlar orqanizmə daxil olmuş zəhərləyici maddələrin zərərsizləşdirilməsi üçün tətbiq olunan maddələrdir. 
Antidotlar müxtəlif təsir mexanizminə aşağıdakı növlərə bölünürlər: 1. Kimyəvi. 2. Biokimyəvi. 3. Fizioloji 
antidotlar. 4. Metabolizm və ksinobiotik proseslərin modifikasiyası (metobolizm modifikatorları). 
Hal-hazırda bir çox zəhərləyici maddələrə qarşı anditotlar mövcuddur. Məsələn, fosfor-üzvi maddələrə qarşı 
afin, atropin, safalen, taren, sianidlərə qarşı propilnitrit, amilnitrit istifadə olunur. 
Bakteriyalar əleyhinə spesifik mühafizə vasitələrinə vaksinlər, anatoksinlər, zərdablar, bakteriofoqlar, 
antibiotiklər aiddirlər. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin