Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
mulki mudafie 1-60 esas

LEPESTOK TİPLİ RESPİRATOR-tənəffüs üzvlərini zərərli aerozollardan və tozlardan qorumaq üçündür. 
Birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Bu respiratorun tənəffüsə qarşı müqaviməti azdır və müqavimət tozlu 
havada çox yavaş artır.
FFP1 sinfinə aid olan respiratorlar yaxşı ventilyasiya olunan otaqlarda (qapalı yerlərdə) toksiki olmayan 
qarışıqların buraxıla bilən hədd qatılığının 4 mislində tətbiq olunur, tozu, maye və bərk aerozolları 80 %-ə qədər 
tutur.
Pambıqlı tənzif sarğının hazırlanması
ölçüsü 100 х 50 sm olan tənzifin üzərinə uzunluğu 30 sm, eni 20 sm, hündürlüyü 2 sm olan pambıq qatı 
döşənir. Tənzifi uzun tərəfindən pambıq üzərinəqatlayırlar və uc tərəflərini qayçı ilə 30-35 sm uzunluqda yarıya 
bölürlər. Alınan bağların kənarları ayrı-ayrı ilmələrlə tikilir. Pambıqlı tənzif sarğı bakteryalardan və tozdan (100 
mq/m
3
qatılağa qədər) qoruyur. 
43. Dərinin fərdi mühafizə vasitələri 
Dərinin fərdi mühafizə vasitələri (DFMV) dəri örtüyünü, paltarı, ayaqqabıları, şəxsi ləvazimatları ZM-dən, 
QKTM-dən, BA-dan, radioaktiv tozdan və qismən, nüvə partlayışının işıq şüalanmasından qorumaq üçündür.
DFMV mühafizə prinsiplərinə görə 2 növ olurlar: təcridedici və süzücü. 
Təcridedici DFMV-lərə L-1 yüngül mühafizə kostyumu, OZK ümumqoşun mühafizə komplekti, mühafizə 
kombinezonu və mühafizə kostyumu, süzücü DFMV-lərə isə ZFO-58 süzücü mühafizə paltarı (Süzücü mühafizə 
paltarı ZFO-58 ZM və QKTM-lərin buxarlarından və aerozollarından, bakterial vəsaitlərdən, radioaktiv tozdan və 
nüvə partlayışının işıq şüalanmasından mühafizə üçündür), OKZK ümumqoşun kompleks mühafizə kostyumu 
aiddirlər. 
L-1 yüngül mühafizə kostyumu insanın dəri səthini, paltarını, ayaqqabılarını zəhərləyici, qəza-kimyəvi 
təhlükəli maddələrdən, radioaktiv tozlardan və bakterial vasitələrdən qorumaq üçündür. L-1 mühafizə 
kostyumunun dəstinə gödəkcə, şalvar, əlcəklər və çanta daxildir.
L-1 yüngül mühafizə kostyumu 3 ölçüdə buraxılır. 
Ümumqoşun mühafizə komplekti (OZK) insanların bədəninin dəri örtüyünü, paltarını, ayaqqabılarını, 
ləvazimatlarını ZM-dən, QKTM-dən, radioaktiv tozlardan və bakterial vasitələrdən qorumaq üçündür.
Ümumqoşun mühafizə komplektinin tərkibinə mühafizə plaşı, mühafizə corabları və əlcəkləri, örtük daxildir. 
Mühafizə plaşı 5 ölçüdə hazırlanır: 1, 2, 3, 4, 5. Mühafizə plaşının ölçüsü insanın boyuna görə təyin edilir. 
Komplektə daxil olan yay əlcəkləri (BL-1M) 3 ölçüdə, qış əlcəkləri (BZ-1M) isə 2 ölçüdə hazırlanır.
Mühafizə kombinezonu bir-birinə birləşdirilmiş şalvardan və başlıqlı gödəkçədən ibarətdir. Mühafizə 
kombinezonu rezin sapoqlar, əlcəklər və şlemaltlığı ilə birlikdə tətbiq olunur. Kombinezon 3 ölçüdə buraxılır. 
ZFO-58 süzücü mühafizə paltarı kombinezondan, kişilər üçün alt paltarından (tuman və köynək), iki cüt ayaq 
sarğısından (parça dolaq) və şlemaltlığından ibarətdir. 
Bunlardan başqa, dəri örtüyünün mühafizə vasitəsi kimi, istehsalatda tətbiq edilən iş paltarları, gündəlik geyim 
kimi istifadə olunan plaşlar, sıx və qalın materiallardan hazırlanmış paltarlar, su keçirməyən örtüklər, rezin və dəri 
materiallardan hazırlanmış əlcəklər, uzunboğaz ayaqqabılar da tətbiq edilə bilər.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin