49
51)
Obyektin dayanıqlığı. Obyektin dayanıqlığına təsir edən amillər. Ehtimal olunan
dağılma zonası.
Obyektin dayanıqlığı dedikdə onun FH-larda məhsullarını planlaşdırılmış həcmdə və
nomenklaturada istehsal etmək, zəif, yaxud orta dağılmaya məruz qaldıqda öz işini qısa bir vaxtda
bərpa etmək bacarığı başa düşülür.
İstehsal sahəsinə aid olmayan obyektlərin dayanıqlığı – onların FH-larda öz funksiyalarını
davam etdirə bilmək qabiliyyətidir.
Obyektin dayanıqlığına aşağıdakı amillər təsir göstərir:
• fəhlə və qulluqçuların fövqəladə hadisələrin təsirindən qorunması;
• obyektin mühəndis-texniki kompleksinin fövqəladə hadisələrin təsirinə dayanıqlıq
qabiliyyəti;
• obyektin istehsalat üçün lazım olan xammal, enerji və s. ilə təchizatının etibarlılığı;
• obyektin QXDTİ-nin keçirilməsinə və pozulmuş istehsalatın bərpasına hazırlılığı;
idarəetmə sisteminin etibarlılığı.
Ehtimal olunan dağılma zonası 2 hissəyə bölünür:
• ehtimal olunan güclü dağılma zonası, hansının ki, xarici sərhəddində izafi təzyiqin qiyməti
0,3 kq/sm
2
olur;
• ehtimal olunan zəif dağılma zonası, hansının ki, xarici sərhəddində izafi təzyiqin qiyməti
0,1 kq/sm
2
, daxili sərhəddində isə 0,3 kq/sm
2
olur.
Fövqəladə
hallarda əhalinin, təsərrüfatın mühafizəsi, obyektlərin dayanıqlığının
yüksədilməsi və MM tapşırıqlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şəraitin
yaradılması məqsədilə
MM-in mühəndis-texniki tələblərinin layihələşdirmə normaları qəbul
edilibdir. MM-in əsas mühəndis-texniki tələbləri obyektlərin yerləşməsinə,
şəhərlərin
planlaşdırılması və tikilməsinə, istehsalat binalarının və qurğularının layihələşdirilməsinə və
tikilməsinə, metropolitenlərin, rabitənin, hidrotexniki qurğuların, qaz, su, elektrik təchizatı
sistemlərinin və s. layiləşdirilməsinə aid edilir.
52)
Obyektlərin yerləşməsinə olan əsas tələblər.
Obyektlərin yerləşməsinə olan əsas tələblər:
−
obyektlər ərazi üzrə bərabər yerləşdirilməlidir;
−
sənaye
müəssisələri ehtimal olunan güclü dağılma zonalarından
kənarda
yerləşdirilməlidirlər;
−
mühüm sənaye müəssisələri ehtimal olunan zəif dağılma zonalarından kənarda
yerləşdirilməlidirlər;
−
tez alovlanan və yanan maddələr olan müəssisələr, anbarlar yaşayış yerlərindən hündürlüyə
görə aşağıda yerləşdirilməlidirlər.
−
ərzaq və yanacaq anbarları güclü dağılma zonalarından kənarda yerləşdirilməlidirlər;
−
çox mühüm sənaye müəssisələri, əgər mümkünsə, bağlı yerlərdə, təbii sığınacaqlarda və s.
bu kimi yerlərdə yerləşdirilməlidirlər.
53
) Enerji təchizatı sisteminə olan əsas tələblər.
Enerji təchizatı sisteminə olan əsas tələblər:
−
enerji təchizatı sistemi elə təşkil edilməlidir ki, ayrıayrı qidalanma mənbələri sıradan
çıxdıqda belə, istehlakçının təchizatı davam etməlidir, əvəzedici qidalanma mənbələri olmalıdır;
−
elektrik enerjisi ilə qidalanmada «dairələşdirmə» prinsipi tətbiq olunmalıdır;
50
−
yüksək gərginlikli tranzit elektrik xətləri, yarımstansiyalar,
dispetçer məntəqələri güclü
dağılma zonalarından kənarda olmalıdır;
−
mühafizə üsullarından və qurğularından, avtomat sistemlərdən istifadə olunmalıdır;
mümkün güclü dağılma zonalarında və obyektin ərazisində elektrik xətləri yeraltı olmalıdır və s
54) Su təchizatı sisteminə olan əsas tələblər.
Su təchizatı sisteminə olan əsas tələblər:
−
qidalanma iki su mənbəsindən həyata keçirilməlidir və onlardan biri yeraltı olmalıdır;
−
bir mənbədən qidalandıqda iki nasos stansiyası (təmizləyici qurğu, su ehtiyatı olan
rezervuarlarla birlikdə) olmalıdır və nasos stansiyalarından biri ehtimal olunan dağılma
zonalarından kənarda keçməlidir;
−
artezan su quyuları qazılmalı və ehtiyat su hovuzları yaradılmalıdır;
−
bir neçə su borusu xətti olmalıdır;
−
sənaye və içməli su boruları arasında sanitar qaydalara əməl etməklə birləşdirici qurğular
tətbiq edilməlidir;
−
yanğın hidrantları (kranları) açıq yerlərdə yerləşdirilməlidir;
−
təzə su kəmərləri çəkildikdə, köhnə su kəmərləri ehtiyat kəmərlər kimi saxlanılmalıdır və s.
55)
Dostları ilə paylaş: