Süzücü əleyhqaz MP-5u Süzücü əleyhqaz MP-5u tənəffüs orqanlarının, üzün, və gözlərin (atmosferdə oksigenin miqdarı 17%-dən az
olmamalıdır) döyüş xassəli zəhərli maddələrin, güclü təsiredici zəhərləyici maddələrin təsirindən, radioaktiv
tozlardan və bioloji aerozollardan (zəhərli havanın süzgəcli-uducu sistem tərəfindən təmizlənməsi hesabına)
mühafizə etmək üçün tətbiq olunur.
Əleyhqaz MP-5u üz hissəsindən (MP-5u, şlem maska), süzücü-uducu qutudan (FP-5), maye qəbul etmək
üçün qabdan (birləşdirici boru ilə) və əleyhqaz üçün çantadan ibarətdir. Çantada respirator da saxlanıla bilər
PDF-7 əleyhqazı kiçik və böyük yaşlı uşaqlar üçündür. PDF-7 əleyhqazı QP-5 markalı əleyhqaz qutusu və
bütün 5 ölçülü MD-1 maskaları ilə kömplektləşdirilir. Bunlardan savayı, əleyhqazın dəstinə çanta, tərləməyən
plyonkalar və kipləşdirici manjetlər daxildir.
PDF-D əleyhqazı kiçik (məktəbəqədər – 1,5 yaşdan 7 yaşınadək) yaşlı uşaqlar üçündür.
PDF-Ş əleyhqazı böyük yaşlı uşaqlar (məktəblilər – 7 yaşından 17 yaşınadək) üçün nəzərdə tutulub. Bu
əleyhqazda QP-5 qutusu ilə birlikdə 3-cü və 4-cü ölçülü MD-3 maskası istifadə edilir. Yuxarı yaşlı məktəblilər üçün
əleyhqazın dəstində ŞM-62 (ŞM-62u) üz hissəsindən də istifadə olunur.
MD-1, MD-2, MD-3 maskalarının ölçüsü üzün hündürlüyünə görə təyin edilir. Ölçülər 0,5 sm-ə qədər
yuvarqlaqlaşdırılır.
KZD-6 uşağı mühafizə kamerası 1,5 yaşına qədər olan körpələri havanın (-30+30)
0
S
temperaturunda ZM, RM və BA-dan mühafizə etmək üçündür.
Qəza-kimyəvi təhlükəli maddələr olan obyektlərdə tənəffüs üzvlərinin fərdi mühafizə vasitəsi kimi sənaye
əleyhqazlarından istifadə olunur. Sənaye əleyhqazlarında qabarit ölçüləri kiçik, orta və böyük olan uducu, yaxud
süzücüuducu əleyhqaz qutuları tətbiq olunur.
41. Təjridedici əleyhqazlar insanların tənəffüs üzvlərini, üzünü, gözlərini havanın tərkibində olan
istənilən zəhərli qarışıqlardan, onların qatılığından asılı olmayaraq, oksigen çatışmamazlığı və ya oksigen olmayan
şəraitdə qorumaq üçündür.