Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə36/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   32   33   34   35   36   37   38   39   ...   80
mulki mudafie 1-60 esas

 
Burağan (tornado, smerç) – topa-yağış buludlarından, yaxud onların aşağısından yer səthinə 
istiqamətlənmiş burulğan şəklində həddindən artıq tez fırlanan qıf şəkilli hava sütunudur.
Burağan Avropada «tromb», Rusiyada «smerç», Şimali Amerikada isə «tornado» adlandırılır. 
Tornado – ispanca fırlanan, tromb isə fransızca boru mənasını verir. 
Burağanların yaranma təbiəti tropik siklonların yaranma təbiətinə oxşardır.
Burağan adətən, siklonun isti sektorunda yaranır və siklonla birlikdə hərəkət edir.
Burağan, bir qayda olaraq, aşağı topa-yağış buludlarından yaranır. Buludun aşağı hissəsi ilə 
yer səthi arasındakı məsafə adətən, bir neçə yüz metr olur. Burağanın hündürlüyü 4-5 km-ə, bəzən 
isə 15 km-ə çatır.
Burağan bir neçə dəqiqədən bir neçə saata qədər davam edir. Burağanın ümumi yolunun 
uzunluğu bir neçə 100 m-dən bir neçə 100 km-ə qədər olur. Əksər burağanların hərəkət sürəti 65-
180 km/saat, orta eni 350-400 m (bəzən, 1,5 km-ə qədər olur) təşkil edir. Burağanın daxilində hava 
çox böyük sürətlə fırlanır. Belə hesab edilir ki, burağanın fırlanan küləyinin sürəti 300-400 km/saat-
a (bəzi mənbələrdə 1000-1300 km/saat-a) çatır. Belə böyük fırlanma sürətindən yaranan 
mərkəzdənqaçma qüvvəsinin təsirindən burağanın ortasında güclü seyrəkləşmə – hava boşluğu 
əmələ gəlir.
30.Doza gücü ölçücüsü DP-5V. 
Doza gücü ölçücüsü DP-5V (DP-5B) qamma-şüalanmanın ekspozisiya doza gücünü ölçmək 
üçündür. Bundan başqa, cihaz beta-şüalanmanı da təyin edir. 
Cihazın dəstinə ölçmə pultu (futlyar və qayışlarla), detektirləmə bloku (birləşdirici kabellə), 
uzandırıcı ştanqa, gərginlik bölücüsü (birləşdirici kabellə), TQ-7M növlü telefon (baş telefonu), 
ehtiyat alətləri və ləvazimatlar (EAL), texniki təsvir və istismar təlimatı, formulyar və yerləşdirmə 
yeşiyi daxildir. Ölçmə diapazonu 0,05 mr/saat-dan 200 r/saat-a qədərdir və 6 yarımdiapazona 
bölünüb: 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin