Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə32/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   28   29   30   31   32   33   34   35   ...   80
mulki mudafie 1-60 esas

Plastikləşdirilmiş ağ fosfor sintetik kauçukdan və ağ fosfor hissəciklərindən ibarət olan plastik 
kütlədir. Saxlanmağa davamlıdır.
Qələvi metal – natrium ağ rəngli plastik metaldır. Havada öz-özünə yanır və 1300 
0
S istilik 
verir.
Öz-özünə alovlanan yandırıcı qarışıqlara poliizobutilenlə qatılaşdırılmış üç-etilalüminium 
və digər metal-üzvi biləşmələr aiddirlər. Bu qarışıqlar havada öz-özünə alovlanırlar.
26.Zəlzələlər 
Zəlzələlər 
Yaranma səbəblərinə görə zəlzələlər antropogen və təbiət xarakterli zəlzələlərə bölünürlər. 
Antropogen xarakterli zəlzələlər insan fəaliyyəti nəticəsində yaranan zəlzələlərdir.
Təbiət xarakterli zəlzələlər litosferada baş verən tektonik proseslər, vulkan püsgürmələri, 
güclü uçqunlar, böyük həcmli yeraltı boşluqların dağılması, sürüşmələr, meteorit düşməsi, Yerin 


23
kosmik obyektlərlə toqquşması nəticəsində yaranır.
Tektonik zəlzələlər yer qabığının və yuxarı mantiyanın nisbətən lokallaşmış sahələrində baş verən tektonik 
proseslər (yer qabığında baş verən deformasiyalar, həcm dəyişiklikləri, bərk suxurların dağılması və s.) nəticəsində 
uzun müddət ərzində yığılmış enerjinin qəflətən ayrılması ilə müşahidə olunan zəlzələlərdir. Tektonik zəlzələlər ən 
təhlükəli zəlzələlərdir. 
Zəlzələ – ocağının dərinliyi, yer səthindəki enerjisinin intensivliyi və maqnitudası ilə xarakterizə olunur. 
Zəlzələ ocağı – yaranmış, yaxud inkişaf edən tektonik çat boyunca kütlələrin sürətli yerdəyişməsi, elastik 
titrəyişlərin və yığılmış enerjinin ayrılması baş verən litosfera həcmidir.
Zəlzələlər ocaqlarının dərinliklərinə görə səthi, aralıq və dərinlik zəlzələlərinə (səthi, aralıq, dərin fokuslu 
zəlzələlərə) bölünürlər.
Səthi zəlzələlər 60 km-ə qədər, aralıq zəlzələləri 60 km-dən 300 km-ə qədər, dərinlik zəlzələləri isə 300 km 
və daha çox dərinliklərdə baş verir. 
Zəlzələ ocağının mərkəzi – seysmik dalğaların yayıldığı nöqtə zəlzələnin hipomərkəzi adlanır. 
Zəlzələnin hipomərkəzinə yer səthindəki ən yaxın nöqtə (hipomərkəzin yer səthindəki proyeksiyası) zəlzələnin 
epimərkəzi adlanır. 
Zəlzələnin intensivliyi – yer səthində torpağın silkələnmə dərəcəsidir. İntensivliyin qiyməti faktiki 
dağılmaların, zəlzələnin müxtəlif əşyalara, binalara, torpağa, insanlara təsirinin qiymətləndirilməsi əsasında təyin 
edilir və seysmik balla ölçülür.
Zəlzələlər güclərinə görə fərqlənirlər.
Zəlzələnin gücü – zəlzələnin yer səthində izhar (özünü göstərməsi) dərəcəsi olub, seysmik balla 
ölçülür.
Zəlzələlərin güclərinə (intensivlik şkalasına) görə qısa və tam təsnifatı mövcuddur.
MSK-64 şkalası əsasında zəlzələlərin intensivliklərinə görə qısa təsnifatında 1– 3 ballıq zəlzələlər – zəif, 4-5 
ballıq zəlzələlər – hiss olunan, 6– 7 bal – güclü, 8 bal – dağıdcı, 9 bal – viranedici, 10 bal – məhvedici, 11 bal – 
fəlakətli, 12 bal – güclü fəlakətli zəlzələlər hesab olunur. 
Seysmologiyada bir çox maqnituda şkalalarından istifadə olunur. Ən çox yayılmış maqnituda şkalası 9 
maqnitudalı Rixter şkalasıdır. Zəlzələnin enerjisini maqnituda ilə qiymətləndirməyi ilk dəfə 1935-ci ildə amerikan 
seysmoloqu Ç. Rixter təklif edib. Rixter şkalasında maqnitudanın 1 ədəd artması ayrılan seysmik enerjinin 32 dəfə 
artmasına uyğundur. 
Maqnitudanın qiymətinə görə zəlzələlər meqazəlzələlərə (M≥8), dəhşətli-dağıdıcı (8>M≥6,5), güclü 
(6,5>M≥5), zəif (5>M≥1,5) zəlzələlərə və mikrozəlzələlərə bölünürlər. 
Zəlzələnin intensivliyi ilə maqnitudası arasındakı münasibət ocağın dərinliyindən asılıdır.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin