Digər təxirəsalınmaz işlərin məqsədi qəza-xilasetmə işlərinin yerinə yetirilməsi üçün lazımi şəraitin
yaradılması, ikinci zədələyici amillərin yarada biləcəyi zərərlərin qarşısının alınması, obyektlərin və zərərçəkmiş
əhalinin həyat fəaliyyətinin təmin edilməsidir.
Digər təxirəsalınmaz işlərə aiddir: • uçqunlarda, zəhərlənmiş yerlərdə keçidlərin və yolların salınması;
• qaz, su, elektrik enerjisi, kanalizasiya və texnoloji xətlərdə qəzaların lokallaşdırılması;
• uçma təhlükəsi olan, hərəkətin və xilasetmə işlərinin keçirilməsinin təhlükəsizliyinə mane olan binaların və
qurğuların möhkəmləndirilməsi, yaxud uçuldulması;
• xilasetmə işlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə rabitə, kommunal-enerji xətlərinin təmiri və
bərpası;
• partlayış təhlükəli adi sursatların axtarışı və zərərsizləşdirilməsi;
• insanların yenidən baş verə biləcək təhlükələrdən qorunması üçün mühafizə qurğularının təmiri və bərpası
Xilasetmə işlərinin təşkili yaranmış şəraitdən, tapşırıqların xarakterindən və xilasetmə işlərinə ayrılan vaxtdan
asılıdır.
QXDTİ-nin müvəffəqiyyətlə həyata keçirilməsi üçün aşağıdakılar təşkil olunmalı və y/yetirilməlidir: 1. İdarəetmə orqanlarının, MM qüvvə və vəsaitlərinin əvvəlcədən FH-lar şəraitində fəaliyyətə hazırlanması,
ehtimal olunan fəaliyyətin xüsusiyyətlərinin, QXDTİ keçiriləcək obyektlərin, fəaliyyət sahələrinin və hərəkət
marşrutlarının öyrənilməsi.
2. FH-lar baş verdikdə tez bir zamanda kəşfiyyatın təşkili və həyata keçirilməsi.
3. FH-lar baş verdikdə qısa bir vaxt ərzində MM qüvvə və vəsaitlər qruplaşmasının yaradılması, hazır
vəziyyətə gətirilməsi və fəaliyyətə başlaması.
4. QXDTİ-nin keçirilməsində dayanıqlı idarəetmənin təşkili və həyata keçirilməsi.
5. İdarəetmə orqanları, MM dəstələri və QXDTİ aparan digər qüvvələr arasında qarşılıqlı əlaqənin təşkili və
həyata keçirilməsi.
6. İdarəetmə orqanlarının və MM dəstələrinin şəxsi heyətinin mənəvi-psixoloji cəhətdən hazırlanması.
7. QXDTİ-nin keçirilməsində müasir texnologiyaların tətbiqi, qüvvə və vəsaitlərin imkanlarından tam
istifadə olunması, işlərin tam qurtarmasına qədər fəaliyyətin davam etdirilməsi, təyin olunmuş iş rejiminə və
təhlükəsizlik qaydalarına əməl edilməsi.
8. MM qüvvə və vəsaitlərinin təyinatlarına görə tətbiqi.
9. Xilasetmə işlərində əhalinin fəal iştirakının təmin edilməsi və zərərçəkmişlərə tibbi köməyin göstərilməsi.
10. QXDTİ-nin keçirilməsinin fasiləsiz və hərtərəfli təminatı.