Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Bina və qurğuların odadavamlılığı



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
mulki mudafie 1-60 esas

 
57.Bina və qurğuların odadavamlılığı
onların elementlərinin alovlanma qabiliyyəti və əsas konstruksiyalarının 
(hissələrinin) odadavamlıq həddi ilə təyin edilir. 
Binanın hər hansı bir elementinin alovlanması onun hazırlandığı materialın alovlanma qabiliyyəti ilə təyin 
olunur.
Tikinti materialları alovlanma qabiliyyətlərinə görə üç qrupa bölünürlər: 
1. Yanmayanlar (kərpic, beton və s.) – alovun, yaxud yüksək tempraturun təsirindən alovlanmırlar, 
közərmirlər, kömürləşmirlər. 
2. Çətin yananlar (tərkibində üzvi maddələr olan beton və gips məmulatlar, antiprenlər hopdurulmuş odun) – 
alovun, yaxud yüksək tempraturun təsirindən çətinliklə alovlanırlar, közərirlər, yaxud kömürləşirlər.
Yanma, közərmə və kömürləşmə, yalnız od mənbəsinin iştirakı ilə davam edir.
3. Yananlar (xüsusi emala məruz qalmamış bütün üzvi materiallar) – alovun, yaxud yüksək tempraturun 
təsirindən asanlıqla alovlanırlar, od mənbəsi olmadıqda belə, yanma davam edir. 
Alovun tikinti materiallarına təsirinin başlanmasından konstruksiyanın aparıcı xassəsinin itməsinə 
(konstruksiyanın dağılmasına, açıq deşiklərin əmələ gəlməsinə) qədər keçən vaxt (saatla) tikinti materiallarının 
odadavamlılıq həddi adlanır. 
Bina və qurğuların 5 odadavamlılıq həddi qəbul olunub: 
− 
I və II dərəcəli – bina və qurğuların əsas konstruksiyaları yanmayan materiallardan hazırlanıb. I dərəcəli 
binaların konstruksiyaları daha çox odadavamlılıq həddinə malikdirlər; 
− 
III dərəcəli – aparıcı (əsas) divarları yanmayan materiallardan, tavanı və arakəsmələri yanan və çətin yanan 
materiallardan olan binalar; 
− 
IV dərəcəli – divarları suvaqlanmış taxta binalar; 
− 
V dərəcəli – suvaqsız taxta binalar. 
Qeyd etmək lazımdır ki, alovun uzunmüddətli təsiri 200 
0
S tempraturda bina və qurğuların yanmayan 
elementlərində çatların və dağılmaların əmələ gəlməsi ilə nəticələnən struktur dəyişmələrə səbəb olur.

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin