Mülki müdafiə – dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Mülki müdafiə sistemi


Mülki müdafiənin qüvvə və vəsaitlər qruplaşması



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix12.01.2023
ölçüsü1,21 Mb.
#79054
1   ...   69   70   71   72   73   74   75   76   ...   80
mulki mudafie 1-60 esas

Mülki müdafiənin qüvvə və vəsaitlər qruplaşması 
Zədələnmə ocaqlarında fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün qüvvə və vəsaitlər 
qruplaşması yaradılır. Qruplaşmaya cəlb olunan qüvvə və vəsaitlərin tərkibi və miqdarı görüləcək işlərin 
həcmindən, xarakterindən və keçirilmə müddətindən asılı olaraq təyin edilir. Qruplaşmanın tərkibinə obyekt və ərazi 
dəstələri, nazirliklərin, idarələrin, təşkilatların, yerli icra hakimiyyətinin MM dəstələri daxil edilir. Görüləcək işlərin 
həcmindən, xarakterindən və yerinə yetirilmə müddətindən asılı olaraq qruplaşmanın tərkibinə Fövqəladə Hallar 
Nazirliyinin qüvvə və vəsaitləri (Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti, Təcili Xilasetmə 
Xidməti, Aviasiya dəstəsi, Dövlət Sularda Xilasetmə Xidməti və s.), MN-in qüvvə və vəsaitləri (xüsusilə, mühəndis 
və kimyəvi mühafizə qoşunları) və ictimai asayişin qorunmasının gücləndirilməsi məqsədilə DİN-in qüvvə və 
vəsaitləri cəlb oluna bilərlər. 
MM qüvvə və vəsaitlər qruplaşması əsas və ehtiyat qüvvələrindən ibarət olur. Əsas qüvvələr iki və ya üç 
eşalondan ibarət ola bilər.
QXDTİ-nin keçirilməsində müasir texnikanın tətbiqi ən əhəmiyyətli və vacib məsələlərdən biridir.
Zədələnmə ocaqlarında tətbiq olunan texniki vəsaitləri 4 qrupa bölmək olar: 
1. Əsas xilasetmə işləri görüldükdə tətbiq olunan maşın və mexanizmlər: buldozerlər, ekskovatorlar, kranlar, 
traktorlar, deşici qurğular və vəsaitlər, nasoslar, yanğınsöndürmə vasitələri, elektrostansiyalar. 
2. Xilasetmə işlərində tətbiq olunan mexaniki və adi alətlər: pnevmatik və elektrik alətlər, benzomişarlar, 


54
benzokəsicilər, qaldırıcı qurğular (tallar), domkratlar, (dartıcılar) və s. 
3. Əsas maşınların daşınmasını, su maneələrinin keçilməsini təmin edən vəsaitlər: ağır qoşqular, dartıcılar, 
paromlar, pontonlar və s. 
4. Təmir və xidmət vasitələri:emalatxanalar,təmir maşınları,xidmət stansiyaları,benzin və su maşınları və s. 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin