Mühəndis təminatı xüsusi mühəndis işlərinin yerinə yetirilməsi, mexaniki vasitələrin istifadə olunması, su
təchizatı məntəqələrinin təşkil olunması kimi işlərə aid tapşırıqların həll edilməsi məqsədilə həyata keçirilir.
Maddi təminat QXDTİ keçirən dəstələri içməli su və ərzaqla, texniki vasitələrlə, radiasiya və kimya əleyhinə
geyim (FMV) və ləvazimatlarla, tibbi ləvazimatlar və dərman vəsaitləri, xüsusi və eytiyat paltarları, tikinti
materialları, yanacaq və sürtgü yağları ilə təmin etmək üçün həyata keçirilir.
Qidalanma, istirahət və xüsusi təmizləmə yerlərinin təşkil olunması da maddi təminat tapşırıqlarına aiddir.
Tibbi təminat QXDTİ keçirən şəxsi heyətin sağlamlığının qorunması, iş qabiliyyətinin normal səviyyədə
saxlanması, zərərçəkmişlərə vaxtında tibbi köməyin göstərilməsi, onların müalicə müəssisələrinə köçürülməsi,
yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə təşkil olunur və həyata keçirilir.
60.Mülki müdafiə dəstələrinin xüsusi təmizlənməsi
Xüsusi təmizləmə obyektlərin, qurğuların, texnikanın, mühafizə vasitələrinin, alətlərin, geyimin
deqazasiyasının, dezaktivizasiyasının, dezinfeksiyasının və insanların sanitar təmizlənməsinin keçirilməsidir.
Deqazasiya – zəhərli maddələrin neytrallaşdırılması, zərərsizləşdirilməsidir.
Dezaktivizasiya – radioaktiv maddələrlə zəhərlənmə dərəcəsinin icazə verilən normaya qədər təmizlənməsidir.
Dezinfeksiya – xəstəlik törədən mikrobların məhv edilməsi, toksinlərin neytrallaşdırılmasıdır.
Deqazasiya maddələri: DTS-QK, dixloramin DTX-2 (DT-2), dixloretan, monoetanolamin, ammonium hidrat
(ammoniumlu su), SF-2u və s.
Deqazasiya məhlulları: deqazasiya resepturası RDA (fərdi deqazasiya paketinin (İDP-1) tərkibinə daxildir),
deqazasiya məhlulları RD-2, DR № 1, DR № 2bş, DR № 2aş, dixloraminin 2 %-lı məhlulu, hipoxlorit kalsiumun –
suda 1-1,5 %-li məhlulu, SF-2u tozunun suda 0,3 %-li, 0,075 %-li məhlulları. Deqazasiya üçün benzindən,
kerosindən, solyarkadan, dixloretandan, spirtdən də istifadə olunur.
Dostları ilə paylaş: |