304) Uşaqlarda müşahidə olunan toksiki urun gedişində nə rast gəlinmir? A) Cinsi inkişafın ləngiməsi
B) Zehni qabiliyyətin azalması
C) Timikolimfatik vəziyyətin əlamətləri
D) Kəskin arıqlama
E) Ürək çatmamazlığının nadir hallarda rast gəlinməsi
305) Yaşlılarda müşahidə olunan toksiki urun gedişində nə rast gəlinmir? A) Səyirici aritmiyanın sürətli inkişafı
B) Apatetik tireotoksikozun olması
C) Qan dövranı çatmamazlığının inkişafı
D) Ürək-damar sistemi tərəfindən nəzərə çarpacaq dəyişikliklər
E) Əllərdə tremor
306) Tireotoksik krizin patogenezi haqqında yazılanlardan hansı doğru deyil? A) Hipotalamo-
hipofizar və simpatoadrenal sistemin aktivliyinin artması
B) Tireoid hormonların sekresiyasının kəskin artması
C) Kallikrein-kinin
sisteminin aktivliyinin azalması
D) Böyrəküstü vəzi çatmamazlığının artması
E) Mərkəzi sinir sisteminin hiperaktivliyi
307) Aşağıdakı hallardan hansında tireotoksik kriz inkişaf etmir? A) Antitireoid preparatların qəbulunun qəfil dayandırılması
B) Eutir
eoz vəziyyət almaq üçün radioaktiv yodla müalicə
C) Qalxanabənzər vəzidə cərrahi müdaxilə
D) Diaqnostika olunmayan toksiki zob
E) İnfeksiyalar, intoksikasiya, stress vəziyyətlər
308) Tireotoksik kriz hansı simptomla müşahidə olunmur? A) Profuz tərləmə
B
) Ürəkbulanma, qusma, profuz ishal
C) Taxikardiya
D) Əzələ adinamiyası
E) Normal bədən hərarəti
309) Diffuz toksiki ur zamanı hansı laborator göstərici müşahidə olunmur? A) Qlobulinlərin, ən çoxda g-fraksiyasının azalması
B) Qanda protrombinin azalması
C) Hipoxolesterinemiya
D) Hipoalbuminemiya
E) Karbohidratlara qarşı tolerantlığın pozulması və hiperqlikemiyalar
310) 131J qalxanabənzər vəzi tərəfindən udulması aşağıdakı hallardan hansında artmır? A) Dəriyə yodun sürtülməsi
B) Radioaktiv yodla müalicə
C) Subtotal tireoidektomiya
D) Endemik zob
E) Diffuz toksiki zob