30) 55 yaşlı qadın son 3 ayda 4 kq arıqlayıb, əllərin ölçülərinin boyüməsindən
narahatdır. Son 10 gün görmə qabiliyyətinin zəifləməsindən və baş ağrılarından
şikayət edir. KT zamanı-türk yəhəri nahiyəsində 15 mm törəmə aşkarlanıb. Mümkün
diaqnoz hansıdır?
A) Hipotalamik qlioma
B) Beyinin travması
C) Meningit
D) Hipofizin mikroadenoması
E) Hipofizin makroadenoması
31) 29 yaşlı qadın hamiləliyin 38-ci həftəsində qanaxma ilə xəstəxanaya çatdırılıb.
Keysəriyyə əməliyyatı aparılıb və plasenta çıxarılıb. Xəstə 6 saat hipotenziv
vəziyyətdə qalıb, qan köçürülüb. Əməliyyatdan sonra aybaşı kəsilib. Xəstə
zəiflikdən, halsızlıqdan və arıqlamadan şikayət edir. Laborator müayinələr zamanı
hiponatriemi
ya, hiperkaliemiya və hipoqlikemiya aşkarlanıb. Mumkün diaqnoz
hansıdır?
A) Yarımkəskin tireoidit
B) Hipofizin nekrozu
C) Beyinin zədələnməsi
D) Xorionkarsinoma
E) İnsulit
32) Simmonds sindromu zamanı nə müşaidə olur?
A) FSH-
ın sekresiyasının artması
B) AKTH-
ın sekresiyasının artması
C) LH-
ın sekresiyasının artması
D) TSH-
ın sekresiyasının artması
E) AKTH-
ın sekresiyasının azalması
33) Simmonds sindromu zamanı həzm pozğunluğu özünü necə biruzə verir?
A) İştahanın artması ilə
B) Mədə sekresiyasının artması ilə
C) Bağırsaq atoniyası ilə
D) Mədə - bağırsaq traktının motorikasının sürətlənməsi ilə
E) Mədəaltı vəzinin xarici sekresiyasının artması ilə
Dostları ilə paylaş: