41) İtsenko - Kuşınq xəstəliyinin simptomatik müalicəsində hansı preparatlardan istifadə olunmur? A) Şəkərsalıcı preparatlardan
B) Hipotenziv preparatlardan
C) Ca preparatlarından
D) Anaboliklərdən
E) Tireostatiklərdən
42) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Hansı xəstəlikdən şübhələnmək olar? A) Kallman sindromundan
B) İtsenko-Kuşınq xəstəliyindən
C) Moriak sindromundan
D) Hipotireozdan
E) Serebral-
hipofizar nanizmdən
43) Oğlan 12,5 yaşlı. Şikayətləri: alçaqboyluq, piylənmə, kəskin baş ağrıları. 3240 qr. çəki ilə tam normal doğulub. 7 yaşından bədən çəkisi artmağa başlayıb. 10 yaşından – boyun inkişafdan qalması. Obyektiv: fiziki inkişaf 10 yaşa uyğundur, ayvari üz quruluşu, yanaqların ruberozu müşaidə olur. Qoltuqaltı nahiyyədə tüklənmə. Cinsi orqanlar 10 yaşına uyğundurlar. Bədənin piylənməsi və ətrafların nazik olması nəzərə çarpır. Dəri quru, follikulyar hiperkeratoz, akne. AT 130/80 mm.c.s. Diaqnozu təsdiq etmək üçün hansı hormonal müayinələri aparmaq vacibdir? A) STH-
ın təyini
B) Tireoid hormonların təyini
C) Qanda kortizolun və AKTH-ın təyini
D) Prolaktinin təyini
E) Mineralokortikoidlərin təyini
44) Akromeqaliyanın kliniki əlamətlərinə hansı aid deyil? A) Yumşaq toxumaların hipertrofiyası
B) Proqnatizm
C) Baş ağrıları
D) Striyalar
E) Tərləmə