29
bildirişləri göstərin) birini seçmək lazımdır.
Kontekst menyu. Kontekst menyu Windows əməliyyat sisteminin istənilən obyekti
üzərində həmçinin iş masasının və ya pəncərənin istənilən yerində mausun sağ düyməsi
kliklənərək ekrana çıxan menyuya deyilir. Menyunun adından (konteks) göründüyü kimi
onun məzmunu hansı obyekt üzərində mausun sağ düyməsinin kliklənməsindən asılıdır.
Kontekst menyuda obyektlə bağlı icrası mümkün olan əmrlər siyahısı əks olunur.
Kontekts menyu ona haradan müraciət olunmasından və sistemə quraşdırılmış
proqramlardan asılı olaraq müxtəlif sayda tamamilə fərqli əmrlərdən ibarət ola bilər.
Bununla yanaşı elə əmrlər var ki , əksər kontekts menyulara daxildir. Bunlar Windows
sistemində bir sıra əsas əməliyyatları icra etmək üçün nəzərdə tutulan geniş yayılmış
standart əmrlərdir. Beləki kontekts menyunun :
-
Open (Сткрыть/Aç) əmri proqramların icrası, fayllar və qovluqların açılması
üçündür;
-
Cut (Bырезать/Kəs) əmri obyektin yerini dəyişmək və ya mətnin bir hissəsini
sənədin bir yerindən başqa yerinə daşımaq üçün istifadə edilir. Yəni bu əmr vasitəsilə
seçilmiş obyekt (fayl, qovluq, piktoqram və.s) müvəqqəti olaraq mübadilə buferinə
yerləşdirilir;
-
Copy (Kопирoвать/Köçür) əmri obyektin bir yerdən başqa yerə köçürülməsi
üçündür və əvvəlki əmrə oxşar şəkildə icra olunur;
-
Paste (Bставить/Əlavə et) əmri Cut (Bырезать/Kəs) və ya Copy
(Kопирoвать/Köçür) əmrləri ilə mübadilə buferinə yerləşdirilmiş obyekti cari qovluğa
əlavə edir;
-
Delete ^далить^й) əmri seçilmiş obyekti ləğv etmək üçündür. Silinmiş obyektlər
Recycle Bin ^орзина/Səbət) sistem qovluğuna düşür;
-
Create Shortcut (Издать ярлык/Qısayol yarat) əmri seçilmiş obyektin qısayol
piktoqramını yaradır;
-
Rename (Переименовать/Adı dəyişdir ) əmri seçilmiş obyektin adını dəyişdirir;
-
Properties (Свойства /Xüsusiyyətlər) əmri isə seçilmiş obyekt haqqında bir sıra
məlumatları eyni adlı dialoq pəncərəsinbdə əks etdirir və bəzi parametrlərinin dəyişmək
imkanını da yaradır. Fayl obyektinin xüsusiyyətlərinə onun tipi, (yaranma,dəyişiklik,
açılma) tarixləri, ölçüsü yerləşdiyi məkan və s. daxildir.
Dostları ilə paylaş: