PRODUCT(A2,B3) =A2*B3
PRODUCT funksiyası diapazondakı ədədlərin də hasilini tapır. Məsələn,
=
PRODUCT(A2:B3) düsturu A2:B3 diapazonundakı ədədlərin hasilini tapır.
=
PRODUCT(A2:B3)=A2*A3*B2*B3
Əgər diapazondakı xanalardan hər hansı biri ədəd tipli deyilsə, o zaman həmin xana nəzərə
alınmayacaq.
5. SUM funksiyası. Bu funksiya həm diapazondakı, həm də ayrılıqda daxil edilmiş
ədədlərin cəmini hesablaya bilir.
SUM funksiyasının sintaksisi aşağıdakı şəkildədir:
SUM (number1, [number2],…) Number1 və number2 a) ədəd və ya b) xanalara istinad ola bilər. Bu ədədlərin sayı
maksimum 255 ola bilər.
=
SUM(2,3,4) =2+3+4=9 kimi hesablanacaq.
=
SUM(A3,C2,G5) =A3+C2+G5
SUM funksiyası diapazondakı ədədlərin də cəmini tapır. Məsələn, =SUM(A1:B3) düsturu
A1:B3 diapazonundakı ədədlərin cəmini tapır.
=
SUM(A1:B3)=A1+A2+A3+B1+B2+B3
Qeyd: Əgər diapazondakı xanalardan hər hansı biri ədəd tipli deyilsə, o zaman həmin xana nəzərə alınmayacaq. 6. SUMİF funksiyası. Bu funksiya diapazondakı, ancaq verilmiş şərti ödəyən ədədləri
cəmləmək üçündür.
Funksiyanın sintaksisi aşağıdakı şəkildədir:
SUMİF (range, criteria, sum_range) Range – verilmiş diapazon.
Criteria – şərt
Sum_range – cəmləmə aparılacaq diapazon. Əgər düsturda bu hissə verilməzsə, cəmləmə
verilmiş diapazon üzrə aparılacaq.
=
SUMİF(A1:B4,“>10”) .Bu düstur A1:B4 diapazonunda 10-dan böyük olan ədədləri
toplayacaq.
Statistical (Statistik) funksiyalar. Statistika əməliyyatlarını yerinə yetirmək üçün bu
funksiyalardan istifadə edilir.
7. AVERAGE funksiyası. Bu funksiya ədədi ortanı hesablamaq üçündür. Funksiyanın
formatı aşağıdakı şəkildədir: