#NUM! yazısı görünəcəkdir.
Əgər funksiyaya mətn tipi daxil edilərsə
#VALUE! yazısı görünəcəkdir.
0 ədədinin faktorialı 1 ə bərabərdir.
2. POWER funksiyası. Bu funksiya qüvvətə yüksədilmiş ədədi qaytarır. Bu funsiyanın
yazılışı aşağıdakı kimidir:
POWER (number1, power); Burada
number – qüvvətə yüksəldiləcək əsası, power isə qüvvəti bildirir. Qüvvətə
yüksəldmə əməliyyatı “^” işarəsi ilə də işarə edilir. Məsələn: riyaziyyatda olan 7
2
ədədi 7^2
şəkilində yazılır.
3. ABS funksiyası. Bu funksiya ədədin mütləq qiymətini, yəni işarəsiz qiymətini qaytarır.
ABS funksiyasının sintaksisi aşağıdakı şəkildədir:
ABS (number); Number hər hansısa a) ədəd və ya b) xanaya istinad ola bilər.
=
ABS(-7) və =ABS(7) funksiyalarının hər birinin qiyməti 7 olacaq.
Funksiyada xanalara da istinad etmək olar. Tutaq ki,
A3 xanasının qiyməti -9 ədədidir.
Hər hansı xanaya =
ABS(A3)düsturunu daxil etsək, xananın qiyməti 9 olacaqdır. ABS
funksiyası üçün aşağıdakı hallara fikir vermək lazımdır.
Əgər funksiyaya mətn tipli verilən daxil edilibsə,
#VALUE! Yazısı görünəcəkdir.
4. PRODUCT funksiyası. Bu funksiya həm diapazondakı, həm də ayrılıqda daxil edilmiş
ədədlərin hasilini hesablaya bilir.
PRODUCT funksiyasının sintaksisi aşağıdakı şəkildədir:
PRODUCT (number1, [number2],…)
Microsoft Excel 2010 cədvəl prosessoru 120
Number1 və number2 a) ədəd və ya b) xanalara istinad ola bilər. Bu ədədlərin sayı
maksimum 255 ola bilər.
=PRODUCT(2,3,4) =2*3*4=24
=