Microsoft Excel 2010 cədvəl prosessoru 132
Scaling (Масштаб/Miqyaslama) sahəsindəki Adjust to: (Установит/Uyğunlaşdırma)
parametrindən çap üçün işçi sahənin miqyası nizamlanır.
Fit to (Разместить не более чем
на/Sığışdırma) parametrindən işçi səhifədəki məlumatları təyin olunmuş rəqəmlərə uyğun bir neçə
səhifəyə qədər sıxlaşdırıla bilir. Nəzərə almaq lazımdır ki,
Excel 2010 cədvəl prosessorunda səhifənin
çap miqyası
minimum 10%, maksimum isə 400% intervalında dəyişə bilər.
Paper size (Размер бумаги/Kağızın ölçüsü) parametrindən vərəqlərdə səhifələrin kağız
ölçüləri təyin edilir. Məsələn, A4 formatlı kağızların eni-21sm, hündürlüyü isə 29,7sm qəbul olunur.
Print quality (Качество печаты/Çap keyfiyyəti) parametrindən istifadə olunan çap
qurğusuna uyğun, çap olunacaq məlumatın və ya diaqramın formasından asılı olaraq lazım olan çap
keyfiyyəti seçilir.
Excel 2010 elektron cədvəl
proqramında vərəqdəki səhifələrə
veriləcək
nömrələrin
başlanma
nömrəsi
First page number (Номер
первой страницы/Birinci səhifənin
nömrəsi) parametrindən təyin edilir.
Page Setup (Параметры
страницы/Səhifə
Parametrləri)
dialoq pəncərəsinin
Herder\Footer (колонтитулы/Yuxarı Sərlövhə və
Aşağı sərlövhə) pəncərə əlavəsindən
Excel vərəqində səhifələrin yuxarı və
aşağı hissələrində nəzərdə tutulan
sərlövhələrin
səhifə
nömrələri,
tarixlər, saatlar və s. yerləşdirilir.
Açılmış pəncərə əlavəsinin
Herder (Верхнего
колонтитула/Yuxarı Sərlövhə) və ya
Footer (Нижнего колонтитула
/Aşağı Sərlövhə) aşağı açılan düymə
siyahısından
standart
sərlövhələr
yerləşdirilir.
Vərəqin
səhifələrinə xüsusi
sərlövhələr
yerləşdirmək
lazım
gələrsə,
uyğun
olaraq