Sheet Background (Подложка/Arxa
Plan) adlı dialoq pəncərəsi çıxır.
Açılmış dialoq pəncərəsindən
əvvəlcə arxa plan kimi təyin
olunan rəsm və ya şəkil faylı
seçilir, sonra dialoq pəncərəsinin
aşağısındakı
İnsert (Вставит/Əlavə et) düyməsi
kliklənir. Nəticədə cari iş
vərəqinin fonunda seçilmiş rəsm
və ya şəkil faylının məzmunu əks olunur
Əgər cari iş vərəqinin arxa planına hər hansı şəkil yerləşdirilmişdirsə, bu zaman
Page Setup (Параметры страницы/Səhifə Parametrləri) lent qrupunda
Background (Подложка/Arxa Plan)
düyməsinin yerində
Delete Background (Удалить Подложка/Fonu Sil) düyməsi əks olunur. Həmin
düyməni klikləməklə arxa planda verilmiş təsvir silinmiş olur.
Scale to Fit (Miqyası Sığışdır) qrupu. Bu qrupun əmrləri ilə iş vərəqinin səhifələrinin
pəncərəyə sığışdırılması əməliyyatı aparılır. Bu qrupun şəkili sağda verilmişdir. Bu şəkil üzərində
yerləşən əmrləri aşağıda sadalayaq.
1.
Width – bu parametr vasitəsi ilə proqram pəncərəsinin eninə
yerləşəcək səhifələrin sayı təyin edilir.
2.
Height – bu parametr vasitəsi ilə proqram pəncərəsinin
hündürlüyünə yerləşəcək səhifələrin sayı təyin edilir.
Sheet Options (Səhifə Göstəriciləri) qrupu.Bu qrupun əmrləri çap ediləcək səhifədə
göstəriciləri təyin edir.
Sheet Options qrupunun şəkli sağda verilmişdir. Şəkildən göründüyü kimi
Gridlines və Heading bölmələri üçün iki parametr mövcuddur: 1.
Gridlines (Tor xətləri) – bu bölmədə View parametri seçilsə, tor
xətləri görünür, əks halda görünmür.
Printparametri seçilsə, çap zamanı tor
xətləri görünür, əks halda görünmür.
2.
Headings (Başlıqlar) – bu bölmədə View parametri seçilsə,
başlıqlar görünür, əks halda görünmür.