1 N-li sexin ay ərzində sifarişlər üzrə hesabat kalkulyasiyası cədvəl 13. S/n Məsrəflərin maddələri s i f a r i ş l ə r N10 N11 N12 Cəmi 1 Material
məsrəfləri
o cümlədən:
3389.0
2224.0
2312
7925.0
2 Əsas material
2736.0
1836.0
-
4572.0
3 Köməkçi
material
136.0
92.0
824.0
1052.0
4 Nəqliyyat-
tədarük
xərcləri
144.0
115.0
50.0
309.0
5 Yanacaq
397.0
198.0
1438.0
2033.0
6 Tullantılar
(çıxılır)
24.0
17.0
-
41.0
7 Əsas əmək
haqqı
68.76
69.75
380.0
518.51
8 Əlavə əmək
haqqı
14.0
14.0
112.0
140.0
9 Sosial
ehtiyaclara
ayırmalar
33.0
33.0
259.0
325.0
121
10 Xüsusi
alətlərin
amortizasiyası
24.0
14.0
84.10
122.0
11 Ümumistehsal
at xərcləri
625
627.0
4937
6189.0
12 Ümumtəsərrüf
at xərcləri
127
127.0
1000.0
1254.0
Sifarişin tam
maya dəyəri
4289.76
3108.75
9084.0
16473.51
9.4. Maya dəyəri kalkulyasiyasının sifariş metodunda mühasibat yazılışları Mühasibat uçotunun yazılışlar sistemi hesabların nəzarət
sisteminə əsaslanır. Nəzarət hesabı – yekun hesabı deməkdir,
yəni yazılışlar hesabat dövrünün əməliyyatlarının yekun
məbləğini özündə əks etdirir. Məsələn, anbar kitabına nəzarət
hesabı üzrə qalığı, anbar kitabı hesabının irihəcmli cildlənmiş
hesablarının məlumatlarının qalığı ilə təsdiq edilməlidir. Fərz
edək ki, hesabat dövrü ərzində anbara 1000 adda material daxil
olmuşdur. Mədaxil edilən materialın dəyəri 200000 manatdır.
Bu məbləğ anbar kitabı hesabının debetinə yazılacaq. Tərtib
edilmiş ayrı-ayrı yazılışlara əsasən ümumi məbləğ 200000
manat təşkil edir. Nəzarət hesablar sistemi müxtəlif uçot
yazılışlarının yoxlanılmasına imkan verir. Ona görə ki, anbar
kitabının müxtəlif hesablarında əks etdirilmiş ayrı-ayrı
yazılışların məbləğlərinin cəmi, əməliyyatların bütün yekun
məbləğlərini əks etdirən nəzarət hesabının yekununa bərabər
olmalıdır.
Əməliyyatların qeydiyyatı üçün zəruri olan 1 misalında
verilmiş uçot yazılışlarını nəzərdən keçirək. 1 misalında
verilmiş əməliyyat əyanilik xatirinə nömrələnmişdir. Bununla
122
yanaşı əməliyyatların müvafiq yazılışları jurnalda qeyd edilir.
Sifariş metodu ilə işləyən zavodda baş vermiş əməliyyatlar.
Misal 1. İstehsalın sifariş metodu ilə işləyən zavodunun
aylıq təsərrüfat əməliyyatları:
1. Kredit hesabına 182000 manatlıq xammal alınmışdır.
2. Nöqsanlı olduğu üçün 2000 manat dəyərində olan
xammal malsatan təşkilata qaytarılmışdır.
3.
Anbardan
165000
manatlıq
əsas
material
buraxılmışdır.
4. Anbardan 10000 manatlıq köməkçi material
buraxılmışdır.
5. Hesabat dövründə hesablanan əmək haqqı məbləğinin
cəmi 185000 manat təşkil edir. O cümlədən,
inzibati idarə işçilərinə - 105000 manat
əmək haqqı hesabından alınarkən vergi departamentinə -
60000 manat
sosial təminat fonduna - 40000 manat
6. Göstərilən müddətdə əməliyyatlar üzrə məbləğlər nağd
qaydada ödənilmişdir.
7. Əmək haqqının ümumi məbləğinin bölüşdürülməsi
aşağıdakı kimi olmuşdur:
Əsas istehsalat fəhlələrinin əmək haqqı - 145000 manat
Köməkçi istehsalat fəhlələrinin əmək haqqı - 40000
manat
8. Dövlət sığortasına ödənilmişdir - 25000 manat
9. Hesabat dövrünün qeyri-müstəqim xərcləri - 41000
manat
10. Avadanlığın amortizasiyası - 30000 manat
11. Üstəlik xərclər - 140000 manat
12. Qeyri-istehsal üstəlik xərclər - 40000 manat
13. Bitmiş və ehtiyata çevrilmiş hazır məhsulun dəyəri -
300000 manat
14. Alıcı təşkilatlara yola salınmışdır - 400000 manat