Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Sifariş metodunun tətbiq sahələri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə54/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   91
document hrclubaz 226

9.3. Sifariş metodunun tətbiq sahələri 
 
Məsrəflərin uçotunun və məhsulun maya dəyərinin 
kalkulyasiyasının sifariş metodu əsasən istehsalatlarda 
mürəkkəb növ məhsulun təkrarlanmayan və yaxud təsadüf 
hallarda təkrar hazırlanması zamanı materialların mexaniki 
emal prosesində məhsulun təcrübə nümunəsini hazırlayan fərdi 
istehsalda tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. 
Sifariş metodu məhdud miqdarda ayrı-ayrı növ məhsul 
buraxan fiziki-kimyəvi prosesli (məsələn, kimyəvi reaktivlərin 
ayrı-ayrı 
növlərinin 
hazırlanması 
ilə 
məşğul 
olan 
müəssisələrdə, dəmir-betondan orjinal məmulatlar hazırlayan 


119 
dəmir-beton zavodlarında və s.) müəssisələrdə və xüsusi alət 
hazırlayan köməkçi istehsalat sexində də tətbiq edilir.
Sifariş metodunun mahiyyətinin qısa təsvirindən belə 
nəticəyə gəlmək olar ki, onun tətbiq sferası yalnız fərdi istehsal 
ilə məhdudlaşmalıdır. Lakin sifariş metodunda uçot və 
kalkulyasiyanın nisbi sadəliyi kiçik seriyalı, orta və hətta iri 
seriyalı istehsalatda da tətbiq etmək mümkündür. İl ərzində 
ayrı-ayrı məhsul növlərinə sərf edilən məsrəflər ayrı-ayrı 
sifarişlərdə cəmlənir, ay ərzində buraxılan məhsulun maya 
dəyəri məsrəf məbləğini (bitməmiş istehsal qalığına düşən 
məbləği çıxmaqla) buraxılmış məhsul vahidini bölməklə 
hesablanır. 
Məsrəflərin 
uçotu 
və 
məhsulun 
maya 
dəyəri 
kalkulyasiyasının sifariş metodunda bir misal nəzərdən keçirək 
(Əlavə cədvəl 10). 
1N-li sexdə hesabat ayında üç sifariş yerinə yetirilmişdir 
(10, 11, 12). Material xərcləri, əmək haqqı (əsas və əlavə), 
sosial ehtiyaclara ayırmalar, xüsusi alətlərin amortizasiyası 
müstəqim xərc hesab olunduqları üçün birbaşa sifarişə aid 
etmək olar. Qeyri-müstəqim xərclər (ümumistehsalat və 
ümumtəsərrüfat) məsrəflərin müəyyən yerlərə məxsusluğuna 
görə - sexə və müəssisənin uçot siyasətində qəbul edilmiş 
bazaya mütənasib olaraq bölüşdürülür. Bizim misalımızda 
ümumistehsalat və ümumtəsərrüfat xərcləri 1 N-li sex üzrə 
6189 min manat və 1254.0 min manat. 
10 N-li sifariş üzrə ..... manat olmuşdur. 
11 N-li ...... 
12 N-li ........ 
Qeyri-müstəqim xərcləri sifarişlər üzrə bölüşdürərək 
sifarişlərin maya dəyərini hesablamaq olar (Əlavə cədvəl 10). 
10 
N-li 
əlavə 
cədvəl 
və 
13 
N-li 
cədvəl
məhdudlaşdırılmış (qısaldılmış) maya dəyərini əks etdirirlər. 


120 
Qeyri-müstəqim xərclərin sifarişlər üzrə bölüşdürülməsi 
əsas əmək haqqına mütənasib olaraq bölüşdürülürlər. Ümumi 
əmək haqqı 518.51 min manat, o cümlədən 10 N-li sifariş üzrə 
68.76 min manat və yaxud 13.6%; 11 N-li sifariş üzrə 69.75 və 
yaxud 13.4%; 12 N-li sifariş üzrə 380.0 min manat və yaxud 
73% olmuşdur. Qeyri-müstəqim xərcləri bölüşdürdükdən sonra 
onların maya dəyərini hesablamaq olar (13 N-li cədvəl). 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin