Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə50/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   91
document hrclubaz 226

Misal 1. Təsərrüfatda 30000 sentner buğda və 36000 
sentner saman üyüdülmüşdür (o cümlədən 2200 sentner 
istifadə oluna bilən tullantı). Buğdanın becərilməsinə 14000 
manat xərc çəkilmişdir. Şərti məhsulların miqdarını və xüsusi 
çəkisini təyin edək: 
Dən 30000x1 =30000vahid 
Saman 36000x0.08 =2880 vahid 
Yekun - 32880 
Hər növ məhsulun xüsusi çəkisi: 
Dən 30000x100 = 91.24% 
 32880 
Saman 2880x100 = 8.76% 
32880 
Taxıla (dənə) çəkilən 14000 manat xərcin 12773 manat 
60 qəpiyi buğdanın, (14000x91,24:100), 1226 manat 40 qəpik
isə (14000x88.766:100) samanın payına düşür. 
Sonra tam dəyərli dənin və tullantının maya dəyərini 
təyin edirik. Laboratoriya analizinin məlumatına əsasən dən 
tullantısında dənin tərkibinin faizini tapırıq. Bizim misalımızda 
tullantıda dənin (tərkibi 42%) təşkil edir. 
Tullantıda olan dənin miqdarı 924 sentner (2200.42:100) 
təşkil edir. Tam dəyərli dənin miqdarı 28724 sentner (30000 – 
2200+924) təşkil edir. 1 sentner tam dəyərli dənin maya dəyəri 
4 manat 45 qəpik (12773-50x100:28724) təşkil edir. Dən 


107 
tullantısı üzrə xərclər 4111 manat 80 qəpik (4 man. 45 qəpik x 
924). Bir sentner tullantının maya dəyəri 1.87 manat (4111 
manat 80 qəpik :2200). 1 sentner samanın maya dəyəri 34 
qəpik (1226.40 manat:36000) olacaqdır. 
8.3. Heyvandarlıqda məsrəflərin uçotu və məhsulun maya 
dəyərinin kalkulyasiyası 
 
Heyvandarlıq kənd təsərrüfatının yüksək materialtutumlu 
sahələrindən biridir. Bu sahənin bir çox məhsullarının maya 
dəyərində heyvanların saxlanılmasına çəkilən cəmi xərcin 
yarıdan çoxunu yem xərci təşkil edir. Heyvandarlıqda 
məsrəflərin uçot obyekti kimi heyvanların növləri və qrupları 
çıxış edir. Bu obyektlərin siyahısı kənd təsərrüfatı 
məhsullarının uçotu və kalkulyasiyasına dair müvafiq 
əsasnamədə geniş şərh edilmişdir. 
İribuynuzlu mal-qaranın və qoyunların saxlanılmasına 
sərf edilən məsrəflər qruplar üzrə uçota alınır. 
I. İribuynuzlu mal-qara: 
A. Südlük istiqamətli mal-qara 
a) bütün yaşda olan cavan heyvanlar və kökəldilməkdə 
olan heyvanlar 
b) əsas sürü (inəklər və törədici buğalar) 
B. Ətlik istiqamətli mal-qara 
a) əsas sürü (inəklər, törədici buğalar, 8 aylığa qədər 
buzovlar) 
b) 8 aylıqdan yuxarı cavan heyvanlar və kökəldilməkdə 
olan iribuynuzlu mal-qara. 
II. Qoyunçuluq 
a) yunluq və ətlik istiqamətli qoyunçuluq; 
b) qaragül qoyunları; 
c) Qeyd: Məsrəflər qoyunların bütün yaş qrupları üzrə 
uçota alınır. 


108 
Heyvandarlıqda məsrəflərin analitik uçotu yuxarıda 
göstərilən qruplar üzrə təşkil edilir. 
Heyvanların saxlanılması xərcləri aşağıdakı kalkulyasiya 
maddələri üzrə uçota alınır: yem, döşənək, avtonəqliyyat, 
traktorların nəqliyyat işləri, su təchizatı, elektrik təchizatı, əsas 
vəsaitlərin amortizasiyası, əsas vəsaitlərin cari təmiri, sair 
istehsalat xərcləri, ümumistehsalat və ümumtəsərrüfat xərcləri, 
əsas və əlavə əmək haqqı, sosial ehtiyaclara ayırmalar. 
Xərc maddələrinin yuxarıda sadalanan nomenklaturası 
heyvandarlıq məhsullarının maya dəyərinin formalaşması 
xüsusiyyətlərini əks etdirir. Heyvandarlıqda bütün məsrəflərin 
tam və dəqiq aşkara çıxarılması baş verən əməliyyatların, 
işlənilmiş iş vaxtının, işçilərin istehsal etdikləri məhsul, əmək 
haqqı məbləği, yem xərci və digər əməliyyatların düzgün və 
vaxtında sənədləşdirilməsini tələb edir. Heyvandarlıq 
işçilərinin istehsal etdikləri məhsulun həcmini və əmək haqqını 
uçota almaq üçün əsasən, iş vaxtının uçotu tabelindən və əmək 
ödənişinin hesablanması cədvəlindən istifadə edilir. Bütün əsas 
məsrəflər il ərzində 202 N-li “İstehsal məsrəfləri” hesabının
“Heyvandarlıq” sub hesabının debetində, məhsul çıxımı isə 
kreditində əks etdirilir. 
Bitkiçilikdə olduğu kimi heyvandarlıqda da alınan bütün 
məhsullar əsas, yanaşı və əlavə məhsullara ayrılır. Məsələn, 
iribuynuzlu mal-qaranın südlük istiqaməti əsas sürüsündə əsas 
və yanaşı məhsul növləri, süd və bala (buzov), əlavə məhsul isə 
peyin, tük, ölmüş və kəsilmiş heyvanların dərisi hesab olunur. 
İl ərzində əsas və yanaşı məhsullar plan maya dəyəri ilə, əlavə 
məhsullar isə möhkəm uçot qiyməti ilə yaxud mümkün satış 
qiyməti ilə mədaxil edilir. Xüsusilə gübrə məqsədilə istifadə 
edilən peyinin hər tonu 20 manat, digər əlavə məhsullar isə 
mümkün satış qiyməti ilə qiymətləndirilir. 
Ayın axırında ilk sənədlərin məlumatlarına əsasən 
istehsalatın hesabatı tərtib edilir. Bu hesabatda məsrəflər 


109 
xərclərin kalkulyasiya maddələri və heyvanların hər bir uçot 
qrupu üzrə muxabirləşmə hesabları göstərilməklə verilir. 
Hesabatın ayrıca bölmələrində alınan məhsulun miqdarı 
və dəyəri əks etdirilir. İstehsalat hesabatı 10 N-li jurnal – 
orderdə 
yazılışların 
aparılması 
üçün 
əsas 
sayılır. 
Heyvandarlıqda istehsal məsrəflərinin və məhsul çıxımının 
uçotunun ümumi sxemasını südlük istiqamətli iribuynuzlu mal-
qaranın böyüdülməsi və kökəldilməkdə olan hissəsinin 
timsalında nəzərdən keçirək.
Fərz edək ki, il ərzində aşağıdakı əməliyyatlar baş 
vermişdir: 
1. Heyvandarlıq işçilərinə əmək haqqı hesablanmışdır – 
79500 manat 
2. Hesablanmış əmək haqqından məzuniyyət üçün 5 faiz 
həcmində ehtiyat yaradılmışdır – 3975 manat 
3. Sosial ehtiyaclara ayırmalar aparılmışdır – 3500 manat 
4. Yem sərf edilmişdir – 133200 manat 
5. Dərman maddələri işlənmişdir – 4700 manat 
6. Elektrik enerjisi və su sərf edilmişdir – 3200 manat 
7. Amortizasiya hesablanmışdır – 30000 manat 
8. Ümumi istehsalat xərci hesablanmışdır – 33075 manat 
9. Ümumi təsərrüfat xərci hesablanmışdır – 26950 manat 
10. Heyvanların çəki artımı – 3860 sentner, 316740 
manat, tarlaya daşınan 840 ton, 7260 manatlıq peyin mədaxil 
edilmişdir. 
Yuxarıda qeyd edildiyi kimi heyvandarlıq məhsullarının 
maya dəyərinin faktiki kalkulyasiyası hesabat ili başa 
çatdıqdan sonra tərtib edilir. Faktiki kalkulyasiyanın tərtib 
edilməsinə qədər cari ilin yem məhsullarının plan maya dəyəri 
ilə faktiki maya dəyəri arasındakı fərq, köməkçi istehsalatın 
xidmət xərcləri, ümumistehsalat və ümumtəsərrüfat xərclərinin 
heyvandarlığa düşən payı 202/2 N-li “Heyvandarlıq” hesabına 
silinir. 


110 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin