Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Bitkiçilikdə məsrəflərin uçotu və məhsulun maya



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə49/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   91
document hrclubaz 226

 
8.2. Bitkiçilikdə məsrəflərin uçotu və məhsulun maya 
dəyərinin kalkulyasiyası 
 
Bitkiçilik kənd təsərrüfatı istehsalının əsas sahələrindən 
biri hesab olunur. Bitkiçilik yalnız kənd təsərrüfatı məhsulları 
vermir, o həmçinin heyvandarlıq üçün əsas yem bazası 
mənbəyi hesab olunur. 
Məsrəflərin uçotunun təşkilinə və məhsulun maya dəyəri 
kalkulyasiyasına təsir edən amillərdən biri də təsərrüfatın 
ixtisaslaşması və istehsalın texnoloji xüsusiyyətidir ki, bunlar 
da öz əksini – məsrəf və kalkulyasiya obyektlərinin 
seçilməsində, 
xərc 
maddələrinin 
nomenklaturasının 
qurulmasında, ilkin uçotda, qeyri-müstəqim xərclərin 


104 
bölüşdürülməsinin spesifik (özünəməxsus) xüsusiyyətlrində və 
digər məsələlərdə tapır. 
Bitkiçilikdə məsrəflərin uçot obyekti dedikdə ayrı-ayrı 
məhsul növləri deyil, konkret bitkilər və yaxud bitki qrupları 
başa düşülür. Bu da onunla əlaqədardır ki, bir çox kənd 
təsərrüfatı bitkiləri eyni vaxtda bir neçə növ məhsul verir. 
Məsələn, payızlıq dənli bitkilər üzrə məsrəflərin uçot obyekti 
bitki qrupu hesab olunur ki, bu qrupa da buğda, arpa, darı 
bitkiləri daxildir. Yazlıq dənli və dənlik paxlalı bitkilər üçün 
məsrəflərin uçot obyektinə yazlıq buğda, darı, qarabaşaq, 
dənlik qarğıdalı, düyü, cuqara, noxud, çöl noxudu və s. 
bitkilərdir. Texniki bitkilər üzrə məsrəflər hər bir bitki növü 
(pambıq, şəkərçuğunduru, günəbaxan, tütün) üzrə ayrıca uçota 
alınır. 
Bitkiçilikdə məsrəflər aşağıdakı xərc maddələri üzrə 
uçota alınır:
1. Əsas və əlavə əmək haqqı; 
2. Sosial təminata ayırmalar; 
3. Toxum və əkmə materialları; 
4. Yanacaq və sürtkü materialları; 
5. Gübrə (mineral və üzvi); 
6. Avtonəqliyyat xərcləri; 
7. Əsas vəsaitlərin amortizasiyası; 
8. Əsas vəsaitlərin cari təmiri; 
9. Sair əsas xərclər; 
10. Ümumi istehsalat xərcləri; 
11. Ümumi təsərrüfat xərcləri. 
Bitkiçiliyə məsrəflərin və məhsul çıxımının uçotu 202 N-
li “İstehsal məsrəfləri” sintetik hesabının “Bitkiçilik” sub 
hesabında aparılır. Hesabın debetində bitkiçiliyə sərf edilmiş 
məsrəflər, kreditində isə plan maya dəyəri ilə il ərzində məhsul 
çıxımı əks etdirilir. İlin ortasında kalkulyasiya hesabatı tərtib 
edildikdən sonra alınan məhsulun plan maya dəyəri faktiki 


105 
maya dəyərinə çatdırılır. Bitkiçilik hesabının ilin axırına olan 
qalığı bitməmiş istehsalı göstərir. 
İstehsalat üzrə məsrəflərin analitik uçotu hər bir bitki 
üzrə və yaxud bitki qrupları üzrə aparılır. Əgər bitkidən əsas 
və əlavə məhsul alınırsa, onda məsrəflər məhsul növləri üzrə 
deyil, bir analitik hesabda aparılır. Sonra isə həmin məsrəflər 
müəyyən edilmiş əmsallara əsasən həmi məhsullar arasında 
bölüşdürülür. Analitik hesab açılan bitkilərin nomenklaturasına 
dənli bitkilər, texniki bitkilər, kartof, tərəvəz, yem bitkiləri, 
meyvə, giləmeyvə və s. daxildir. Bundan əlavə bitkiçilik 
sintetik hesabının nəzdində aşağıdakı analitik hesablar da 
açılır: 
1. Bitkiçilikdə istifadə edilən əsas vəsaitlər üzrə 
bölüşdürülməmiş amortizasiya ayırmaları; 
2. Bitkiçilikdə istifadə edilən əsas vəsaitlərin cari təmir 
xərcləri; 
3. Bölüşdürülməli olan suvarma xərcləri; 
4. Bölüşdürülməli olan qurutma xərcləri. 
Kənd 
təsərrüfatında 
məhsulun 
maya 
dəyərinin 
kalkulyasiyasına keçməzdən əvvəl aşağıdakı işləri yerinə 
yetirmək lazımdır. Bitkiçilik məhsullarının uçotuna dair 
registrlərin məlumatlarına əsasən məsrəflərin ümumi məbləğini 
və həmin bitkidən alınan əsas və əlavə məhsul çıxımını 
müəyyən etmək lazımdır. Sonra isə təbii fəlakət üzündən məhv 
olmuş əkin sahələri üzrə məsrəfləri təyin etməli, təbii fəlakət 
nəticəsində məhv olmuş əkin sahələrinə sərf edilmiş məsrəfləri 
bitkiçilik hesabının kreditindən 801 N-li hesabın debetindən 
silmək lazımdır. 
Bitkiçilik məhsullarının maya dəyərini kalkulyasiya 
edirlər: taxıl (dən) – franko – sahə (xırman), ot – franko – taya, 
kökü meyvəlilər, kartof, tərəvəz, bağ bitkiləri, kətan, pambıq 
və digər texniki bitkilər – franko saxlama yeri, yaşıl yem – 


106 
franko istehlak yeri, ot toxumu – franko anbar, tərəvəz, meyvə 
və giləmeyvə - franko qəbul məntəqəsi. 
Taxıl (dən) istehsalında buğda, arpa, çovdar və qarğıdalı 
yüksək xüsusi çəki təşkil edir. Qarğıdalı istehsalı özünün 
yüksək iqtisadi faydalılığına görə digər dənli bitkilərdən xeyli 
fərqlənir. Qarğıdalı dənindən un, kraxmal, yağ kimi məhsullar 
alınır. 
Dənli bitkilər: taxıl (dən) 1 sentner =1.0; saman 1 sentner 
=0.08.

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin