97
Məhsulun maya dəyəri kalkulyasiyasının “Köməkçi ma-
teriallar” maddəsində tikiş məhsulunun əsasını təşkil etməyən
lakin ona xüsusi istehlak keyfiyyəti aşılayan materiallar əks et-
dirilir.
Məhsulun maya dəyərinə daxil edilən digər maddələr
uçot və kalkulyasiyada yüngül sənayenin digər sahələrində ol-
duğu kimi mövcud normativlərə və təlimat xarakterli sənədlərə
əsasən əks etdirilir. Cari hesabat dövründə buraxılan məhsulla-
rın maya dəyərinin düzgün hesablanması üçün hesabat ayının
bütün istehsal məsrəflərini əsas istehsaldan buraxılan və anbara
təhvil verilən hazır məhsulla bitməmiş istehsal arasında hədd
qoyulmalıdır.
Tikiş istehsalında bitməmiş istehsala aşağıdakılar daxil-
dir:
a) müxtəlif emal mərhələlərində yerləşən yarımfabrikat-
lar;
b) komplektləşdirilməmiş biçki;
c) tikiş sexində bitməmiş tikiş məmulatları;
ç) texniki nəzarət şöbəsinin işçiləri tərəfindən təsdiq edil-
məmiş və anbara təhvil verilməmiş hazır məhsul.
Biçmə detallarının və yarımfabrikatların faktiki miqdarla-
rı inventarizasiya siyahısında əks etdirilir. Bunların əsasında
bitməmiş istehsalın qiymətləndirilməsinin icmal cədvəli tərtib
edilir. Tikiş məhsulları vahidinin maya dəyərini təyin etmək
üçün konkret növ məhsul istehsalın sərf edilmiş bütün xərclərin
kalkulyasiya maddələri üzrə məmulatların miqdarına bölmək
lazımdır.
Dostları ilə paylaş: