84
Normativ uçotunda başqa metodlardan fərqli olaraq
məhsulun faktiki maya dəyəri (sütun 12) norma üzrə məsrəf
məbləği, normadan kənarlaşma və normaların dəyişmələri kimi
hesablanır.
Metodik vəsaitdə normativ metod üzrə uçot və
kalkulyasiyanın qüvvədə olan ümumi göstəricilərdə nəzərdə
tutulan ən əlverişli variant verilmişdir. Ola bilsin ki, təcrübədə
istifadə olunan variant vəsaitə nisbətən bu və ya digər dərəcədə
fərqlənsin, lakin bunlar hamısı eyni konsepsiyalardan çıxış edir
(mövcud normadan və normativlərdən kənarlaşmaların aşkara
çıxarılması, bu kənarlaşmaların sistemləşdirilməsi, eləcə də
normaların səbəblər və şərtlər üzrə dəyişilməsi məqsədilə
müəyyən tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi
məqsədilə müttəhimlərin axtarılması və cəzalandırılması
məqsədilə deyil, istehsalın yaxşılaşdırılması məqsədilə).
Dostları ilə paylaş: