Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Normalardan kənarlaşmaların uçotu



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə38/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   91
document hrclubaz 226

6.4. Normalardan kənarlaşmaların uçotu 
 
Kalkulyasiyanın istənilən maddələri üzrə faktiki məsrəf-
lərin qüvvədə olan normalardan kənarlaşmasına “normadan kə-
narlaşma” kimi baxılır. Bu yanaşma nəinki məsrəflərin uçotu-
nun və məhsulun maya dəyərinin düzgün təşkilinə imkan verir, 
eləcə də maya dəyərinin formalaşması prosesinə operativ təsir 
etmə üzrə qərar qəbul etmək üçün normalardan kənarlaşmala-
rın mütəmadi olaraq təhlil olunmasına da köməklik göstərir. 
Xüsusilə operativ uçotun operativliyini və uçot işçilərinin is-
tehsalın idarə olunmasında iştiraklarını təmin edən bu hal uço-
tun normativ metodunu digər metodlardan əhəmiyyətli dərəcə-
də fərqləndirir və mühaisblərin nüfuz və hörmətlərinin bir daha 
artması ilə nəticələnir. 
Məzmununa görə normadan kənarlaşmaları üç qrupa böl-
mək olar: 
1. Mənfi kənarlaşmalar; 
2. Müsbət kənarlaşmalar; 
3. Şərti kənarlaşmalar. 
Mənfi kənarlaşmalar özündə məhsulun maya dəyəri üzrə 
artıq xərcə yol verilməsini ehtiva edir və istehsalın texnologi-
yasında, təşkilində və idarəedilməsində müəyyən pozulmalara 
yol verildiyini göstərir. Bunlara, xüsusilə avadanlığın xarab ol-
ması nəticəsində materialların, xammalın, yanacağın, yarımfab-
rikatların artıq sərf edilməsini göstərmək olar.


75 
Müsbət kənarlaşma məsrəflərin azaldılması, material, 
əmək və maliyyə resurslarından istifadədə qənaət edilməsi isti-
qamətində tədbirlərin həyata keçirilməsinə dəlalət edir. Bunlara 
misal olaraq materialların daha səmərəli biçilməsini, tam qiy-
mətli materialların əvəzində tullantılardan istifadə olunmasını, 
daha məhsuldar avadanlıqların və qurğuların tətbiqini göstər-
mək olar.
Şərti kənarlaşmada həm müsbət, həm də mənfi kənarlaş-
ma ola bilər. Bu kənarlaşma plan və normativ kalkulyasiyanın 
tərtibi metodikasında baş verən fərqin nəticəsində əmələ gəlir. 
Metodiki mülahizəyə görə bir sıra planlaşdırılmış məsrəflər 
(çıxdaşdan itkilər, qismən yerinə yetirilmiş əməliyyatlar və s.) 
normativ maya dəyəri kalkulyasiyasına daxil edilmir. 
Bütün bu kənarlaşmalar tam uçota alınır və ayın sonunda 
plan göstəriciləri ilə müqayisə edilməklə təhlil edilir. Bu təhlil 
müsbət və mənfi kənarlaşmaların həqiqi kəmiyyətlərini aşkara 
çıxarmağına imkan verir.
Rəsmiləşdirilmə 
xarakterinə 
görə 
normadan 
kənarlaşmalar üç qrupa ayrılır: 
a) sənədləşdirilmiş kənarlaşmalar; 
b) hesablama kənarlaşmaları; 
c) uçota alınmamış kənarlaşmalar. 
Sənədləşdirilmiş kənarlaşmalar faktiki xərclənən material 
ehtiyatlarının müəyyən edilmiş norma, normativlər və digər 
şərtlərdən kənarlaşmalarının sənədlərlə rəsmiləşdirilməsi 
deməkdir. 
Adətən normalardan kənarlaşmaların müxtəlif növləri ilk 
sənədlərdə müxtəlif cür rəsmiləşdirilir. Belə ki limitdən artıq 
verilən materialı kənarlaşmanı təsdiq edir ki, bu da təhlil 
işlərinin aparılmasını tələb edir. Əgər sexdə əlavə məhsul 
buraxılmışdırsa bu hal normadan artıq kənarlaşma hesab 
olunmur. Əgər limitdən artıq buraxılan materialla material 
itkiləri örtülürsə bu zaman normadan kənarlaşma baş verir. 


76 
Məhsul istehsalının texnoloji proseslərinə uyğun olmayan 
materiallar anbardan buraxılarsa, kənarlaşmanı adətən 
materialların anbardan buraxılmasını özündə əks etdirən 
sənədlər vasitəsilə təyin edirlər. Bu sənədlərdə materialların bir 
qayda olaraq normadan kənarlaşmalar miqdar və dəyər 
ifadəsində həmçinin səbəblər də göstərilir. Bir materialın digər 
materialla yalnız bir dəfə əvəz edilməsi hallarında materialların 
anbardan buraxılmasının xüsusi (siqnal) sənədlərlə (əvəzedilmə 
tələbnamələri) rəsmiləşdirilməsi tövsiyə edilir. Əksər hallarda 
materialların əvəz edilməsi ilə onların maya dəyəri bahalaşır və 
emalın əmək tutumu artır. Ona görə də sənədlərdə həmçinin 
əvəzedilmənin səbəbləri, kənarlaşmanın miqdar üzrə həcmi və 
s. göstərilir. 
İstehsal fəhlələrinin əmək haqqı üzrə kənarlaşmaların 
aşkara çıxarılmasında sənədləşdirmə üsulu mühüm rol oynayır. 
Bunun mahiyyəti ondan ibarətdir ki, müəssisədə qəbul edilmiş 
sənəd üzrə mövcud normalara əsasən işçilərə əmək haqqı 
hesablanır. Bütün hallarda işçilərə hesablanan əlavə əmək 
haqqı üçün xüsusi sənədlər tərtib edilir: əlavə ödəniş sənədi, 
boşdayanmalar haqqında məlumat, kənarlaşma haqqında 
tapşırıq və s. Vaxtamuzd işləyən işçilərin əmək haqqı üzrə 
kənarlaşmalar hesablanmış əmək haqqının normativ dərəcələr 
(stavkalar) üzrə bölüşdürülməsi nəticəsində aşkara çıxarılır. 
Faktiki və normativ dərəcələrə əsasən hesablanmış fərq 
kənarlaşma hesab olunur. 
Bir çox müəssisələrdə normadan kənarlaşma səbəblərinin 
nomenklaturasından istifadə edilir ki, burada da yəni ilk 
sənədlərdə kənarlaşmanın kodu göstərilir. Əmək haqqının 
məmulatlar üzrə bölgüsü mühasibat uçotu registrlərində 
kənarlaşma ayrıca sütunda (qrafada) göstərilir. 
Qeyri-müstəqim xərclər üzrə kənarlaşmalar hesablama 
yolu ilə aşkara çıxarılır. Uçota alınmamış kənarlaşmalar ilk 
uçotun təşkilindəki çatışmazlıqlar və xərclər üzrə əməliyyatları 


77 
sənədləşdirərkən baş verir və bitməmiş istehsalı inventarizasiya 
etdikdən sonra aşkara çıxarılır. Normadan kənarlaşmaların 
analitik uçotu: 
1. Baş verdikləri yerlər üzrə; 
2. Baş vermə səbəbləri üzrə; 
3. Buraxılan məhsulların növləri üzrə aparılır. 
Materialların istehsalda faktiki sərfiyyatı üzrə 9 N-li 
cədvəldən daha aydın görmək olar. Sexdən buraxılan məhsullar 
üzrə normadan kənarlaşmaların maşinoqramması məmulatın 
maya dəyərinin kalkulyasiyası üçün verilir. Kənarlaşmalar üzrə 
yekun məlumatları məsrəflərin məmulatlar üzrə uçotu 
cədvəlinə köçürülür. 
Normadan kənarlaşmaların 
aşkara çıxarılması və 
uçotunun xüsusiyyətləri müəssisənin istehsal xərclərinin 
mühüm maddələri üzrə nəzərdən keçirək. Xammal və material 
məsrəfləri 
üzrə 
hər 
şeydən əvvəl müəssisə üçün 
kənarlaşmaların səbəblərinin və onlara məsul şəxslərin vahid 
nomenklaturası və rəqəmlə ifadə olunma işarələri (kodları və 
şifrələri) sistemi işlənib hazırlanır. Kənarlaşmaların aşkara 
çıxarılma metodları istifadə edilən materialın növündən, 
istehsalın təşkili və texnologiyasından asılıdır. 


78 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin