Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Normaların dəyişdirilməsinin uçotu



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə37/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   91
document hrclubaz 226

6.3. Normaların dəyişdirilməsinin uçotu 
 
İstehsalın, əməyin təşkilinin və işçilərin ixtisas dərəcələ-
rinin və digər tədbirlərin yaxşılaşdırılması üzrə həyata keçirilən 
tədbirlər bir qayda olaraq onunla nəticələnir ki, qüvvədə olan 
normalar istehsal şəraitinə cavab verməkdən geri qalırlar. Tex-
noloji proseslərdə də müəyyən dəyişikliklər baş verir ki, bu da 
istifadə edilən materialların dəyişilməsinə, xərc normalarının 
ixtisar edilməsinə, əməliyyatlar üzrə əmək məmulatının, əmək 
tutumunun aşağı düşməsinə səbəb olur. Yeni normaların təsdi-
qindən sonra müvafiq xidmətlər normaların dəyişilməsi haq-
qında bildiriş yazaraq, sexlərə, təchizat və digər iqtisadi xid-
mətlərə göndərirlər. Bildirişdə dəyişilikdən əvvəlki və sonrakı 
normalar, dəyişikliklərin əsası və səbəbləri və yeni normanın 
istifadəyə verildiyi tarix göstərilir. İşçilərin əməyinin ödənişini 
əks etdirən normalar və qiymətlər barədə onlar istifadəyə veril-
diyi vaxta qədər işçilərlə razılaşdırılmalıdır. Əgər vaxt norma-
ları və qiymətlər çoxlu miqdarda əməliyyatlar üzrə dəyişilərsə, 
bildiriş əvəzinə normaların dəyişilməsi cədvəlini tərtib edirlər.
Adətən yeni normalar ayın əvvəlində istifadəyə verilir. 
Lakin bu qaydaya formal yanaşılmamalıdır. Əgər məsrəf nor-


73 
malarının dəyişilməsinin ilkin şərtləri formalaşdırılmışdırsa və 
hələ ayın axırına çox qalmışdırsa, onda normaların tələbat baş 
verdikcə dəyişdirilməsi məqsədəuyğun hesab edilir. 
Normaların dəyişdirilməsinin uçotunu sistemləşdirmək 
üçün bu dəyişilmələrin səbəbləri haqqında təsnifat klassifikia-
toru tərtib edilir. 
Normalarda baş verən dəyişiliklərin səbəblərini aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
1. mütərəqqi texnologiyanın tətbiqi və istehsalın mexa-
nikləşdirilməsi və avtomatlaşdırılması; 
2. məmulatın konstruksiyasının təkmilləşdirilməsi və de-
tal və qovşaqların unifikasiyası; 
3. əmək vəsaitlərinin təkmilləşdirilməsi; 
4. əmək əşyalarından istifadənin yaxşılaşdırılması; 
5. məhsulun keyfiyyətinin yaxşılaşdırılması; 
6. idarəetmə sisteminin, istehsalın və əməyin təşkilinin 
təkmilləşdirilməsi. 
Yuxarıda sadalanan hər bir qrup, istehsal şəraitindən asılı 
olaraq konkret səbələrə ayrılır. Onların hər birinə ayrıca kod 
verilir və həmin nömrələr normaların dəyişilməsi haqqındakı 
sənədlərdə də əks etdirilir. Normaların dəyişilməsi haqqında 
bildiriş bütün əlamətlər üzrə kodlaşdırıldıqdan sonra hesablama 
mərkəzinə verilir. Bu məlumatlara əsasən xüsusi proqram üzrə 
məlumat bankındakı cari normalarda dəyişiklik aparırlar. Eyni 
zamanda hər bir məmulat üzrə detala tətbiq edilməsinə uyğun 
olaraq ayın əvvəlindən normalarda olan dəyişikliklər haqqında 
məlumat toplayırlar. Ayın sonunda dəyişilmələrin yekun məlu-
matları üzrə normativ kalkulyasiya korrektə (təshih) edilir və 
nəzarət üçün dəyişikliklər hesablama mərkəzinə verilir. 
Əgər normaların dəyişilməsini normadan kənarlaşmalarla 
birləşdirilməsi məqsədəuyğun hesab edilirsə normativ kalkul-
yasiyanı korrektə etmirlər, normativ kalkulyasiyanı nəzərdən 
keçirənədək aşkara çıxarılmış dəyişiklikləri normadan kənar-


74 
laşmalarla (bunu adətən istehsalın texnologiyasında və təşkilin-
də əhəmiyyətli dərəcədə dəyişikliklər olan vaxt edirlər) birgə 
uçota alırlar. 
Hesabat dövrü üçün aparılan hesablamalarda hər bir sə-
bəb üzrə tətbiq edilən tədbirlərin faktiki nömrəsi norma dəyişil-
mələrinin məbləğini buraxılan məmulatın həcminə vurmaqla 
alınır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin