İstehsal məsrəfləri, yarımfabrikatların və hazır məhsulun
maya dəyəri cədvəli (min manat)
Cədvəl 7.
Məsrəf
maddələri
Mərhələlər üzrə məsrəflər
1 N-li
sex
A
yarım-
fab-
rikatı
2 N-li
sex
B
yarım-
fabrikatı
3 N-li
sex
C
yarım-
fabri-
katı
4 N-li
sex
hazır
məhsul
Yekun
Nəqliyyat-
tədarük
xərcləri
-
-
-
93.0
93.0
Tullantılar
-
-
-
-
-
Yanacaq
-
-
-
-
-
Əsas əmək
haqqı
1640.80
1026.26
16.49
9473.99
12157.54
Əlavə əmək
haqqı
341.0
211.0
2.0
995.1
1549.1
Sosial
təminata
ayırmalar
699.0
490.0
8.0
3809.0
5006.0
Ümumisteh-
salat xərcləri
6624.0
9350.0
58.0
12155
28187
Ümumtəsər-
rüfat xərcləri
2588.0
1890.0
35.0
18427.6
229400
Yarımfabri-
kat və hazır
məhsulun
maya dəyəri
11892.80
14071.52
671.82
46033.70
72670.24
MÖVZU 6. MƏSRƏFLƏRİN UÇOTUNUN VƏ
MƏHSULUN MAYA DƏYƏRİ KALKULYASİYASININ
NORMATİV METODU
6.1. Normativ metodunun əsas prinsipləri
Müəssisələrə məhsul istehsalının həcmi, buraxılışı, məh-
sulların nomenklaturası, bütün əmtəəlik məhsulların maya də-
yəri, bəzi halda hətta ayrı-ayrı məhsulların maya dəyəri üzrə
tapşırıqlar verildiyi üçün mərkəzləşdirilmiş planlaşdırma
67
şəraitində müəssisələr maya dəyərinin aşağı salınması
sahəsində əlavə imkanların aşkara çıxarılmasında maraqlı
deyildilər. Bu səbəbdən də bir çox təsərrüfat subyektləri
məsrəflərin uçotu və məhsulun kalkulyasiyasının normativ
metodunun və yaxud onun mühüm elementlərinin tətbiqi
zəruriliyini görmürdülər.
Hansı müəssisələrdə ki, uçotun normativ metodunu tətbiq
edirdilər, orada mövcud normalardan kənarlaşmalar haqqındakı
informasiyadan yalnız müqəssir şəxslərin axtarılması və cəza-
landırılması üçün istifadə edirdilər ki, bu da əks nəticələrə gəti-
rib çıxarırdı: vəzifəli şəxslər istehsal və texnoloji proseslərdəki
çatışmazlıqları gizlətməyə çalışırdılar.
Bazar iqtisadiyyatı şəraitində, məhsul həcminin gözləni-
lən artımı, bazarların əmtəələrlə doldurulması, istehsal edilən
əmtəənin rəqabət qabiliyyətinin güclənməsi, bu səbəbdən də
maya dəyərinin aşağısalınma yollarının axtarılması normativ
metodunun tətbiqinə marağın artırılması ilə nəticələndi. Məs-
rəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiyasının
tətbiqi aşağıdakı prinsiplərə riayət edilməyi tələb edir:
1. Müəssisədə qüvvədə olan normalara əsasən qabaqca-
dan hər bir məmulat üzrə normativ maya dəyəri kalkulyasiyası-
nın tərtibi;
2. Normativ maya dəyərini təshih etmək üçün ay ərzində
qüvvədə olan normaların dəyişilmələrinin uçotunun aparılması;
3. Ay ərzində norma və normadan kənarlaşmalar üzrə bö-
lünməklə faktiki məsrəflərin uçotunun aparılması;
4. Normalardan kənarlaşmaların əmələgəlmə yerləri üzrə
müəyyən edilməsi və meydanaçıxma şəraitinin və səbəblərinin
təhlili;
5. Normativ maya dəyəri, normadan kənarlaşmalar və
normaların dəyişilmələri nəzərə alınmaqla ay ərzində buraxılan
məhsulun faktiki maya dəyərinin təyin edilməsi.
Sadalanan prinsipləri daha aydın başa düşmək üçün məs-
rəflərin uçotunun normativ metodu və məhsulun maya dəyəri-
nin kalkulyasiyasının blok-sxemini nəzərdən keçirmək lazım-
dır.
|