Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


İstehsal məsrəflərinin uçotunun və məhsulun maya dəyəri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə32/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   91
document hrclubaz 226

İstehsal məsrəflərinin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının blok – sxemi
Sxem 8. 
Müstəqim məsrəflərin
sənədləşdirilməsi
və uçotu
Qeyri-müstəqim xərclərə 
daxil edilən məsrəflərin
sənədləşdirilməsi və uçotu 
Müstəqim məsrəflərin 
mərhələlər üzrə 
qruplaşdırılması 
Qeyri-müstəqim 
məsrəflərin mərhələlər 
üzrə bölüşdürülməsi 
Birinci mərhələ üzrə ay ərzində 
məsrəflərin təyin edilməsi 
Mərhələ buraxılışının və yarımfabrikat 
vahidinin maya dəyərinin təyin edilməsi 
İkinci mərhələyə verilmiş 
yarımfabrikatın dəyərinin təyin edilməsi 

2
2
2
3
4
4
5
6
7
İkinci mərhələ üzrə ay ərzində məsrəflərin təyin edilməsi 
Mərhələ buraxılışının və yarımfabrikat 
vahidinin maya dəyərinin təyin edilməsi 
Üçüncu mərhələyə verilmiş yarımfabrikatın 
maya dəyərinin təyin edilməsi 
Üçüncü mərhələ üzrə ay ərzində məsrəflərin təyin edilməsi 
Mərhələ buraxılışının (hazır məhsulun) 
maya dəyərinin təyin edilməsi 
Hər bir məhsul növü vahidinin maya dəyərinin təyin edilməsi 


10 
11
12 
13


63 
Məhsulun maya dəyərinin kalkulyasiyasının mərhələ me-
todu eynicinsli xammal, materiallar üzrə təkrarlanan və kütləvi 
məhsul buraxılışı xarakterli istehsalatlarda və müəssisələrdə 
tətbiq edilir. Bununla da məhsulu eynicinsli, fasiləli, bir qayda 
olaraq qısa texnoloji proses və yaxud bir sıra ardıcıl proseslər 
şəraitində hansı ki onlardan hər biri və yaxud onların qrupları 
ayrıca müstəqil mərhələ təşkil edən şəraitdə istehsal edilir. Bu-
radan aydın olur ki, bu metod sənayenin neftqayırma, metallur-
giya, kimya, kağız, parça, toxuculuq və s. sahələrində tətbiq 
edilir. 
Müəyyən sahəvi müxtəliflik şəraitində mərhələ metodu 
bir sıra ümumi xüsusiyyətlərə malikdir: 
1. Yüksək materialtutumlu sənaye sahələrində. Ona görə 
də uçot elə təşkil edilməlidir ki, istehsalatda materialların isti-
fadəsi üzərində nəzarət etmək mümkün olsun.
2. Bir mərhələdə alınan yarımfabrikat növbəti mərhələyə 
keçən ilkin material hesab olunur. Bununla əlaqədar olaraq, on-
ların qiymətləndirilməsində və növbəti mərhələyə dəyər ifadə-
sində verilməsi, yəni istehsalda məsrəflərin icmal uçotunun ya-
rımfabrikatsız variantının tətbiqi zəruriliyi meydana çıxır. Öz 
istehsalının yarımfabrikatlarının qiymətləndirilməsi bir də ona 
görə lazımdır ki, onlar ola bilər ki, hazır məhsul kimi digər 
müəssisələrə satılmalı olsun (məsələn, qara metallurgiyada çu-
qun və polad, toxuculuq sənayesində iplik və s.). Müəssisənin 
öz istehsalının yarımfabrikatları bir mərhələdən digər mərhələ-
yə faktiki maya dəyəri ilə verilir. Sənayenin bir çox sahələrində 
yarımfabrikatlar topdan satış qiyməti ilə verilir. 
3. Məsrəflərin uçotu texnoloji proseslər üzrə təşkil edilir. 
Bu yarımfabrikatların maya dəyərini müəyyən etməyə və məs-


64 
rəflərin başvermə yerləri və məsrəflərə görə məsuliyyət mər-
kəzləri üzrə uçotu təşkil etməyə imkan verir. 
4. Əgər mərhələdə paralel işləyən bir neçə aqreqatdan is-
tifadə edilirsə, sərf edilmiş məsrəfləri aqreqatlar üzrə qruplaşdı-
rırlar. Aqreqatlar üzrə uçot qaydası sahəvi təlimatlarla tənzim-
lənir. Aqreqatlar üzrə məsrəflərin uçotu məhsulun növləri və 
qrupları üzrə aparılır. 
5. Ayın axırına bitməmiş istehsal qalığına düşən məsrəf-
lər inventarizasiyaya əsasən müvafiq mərhələnin plan maya də-
yərinə bölüşdürürlər. 
6. Hazır məhsulun hər bir növünün vahidinin maya dəyə-
ri kombinələşdirilmiş və yaxud mütənasib üsulların biri ilə kal-
kulyasiya edilir. 
Uçotun mərhələ metodundan istifadə edən müəssisələrdə 
məsrəflərin uçotunun normativ metodunun mühüm elementlə-
rindən də ilk növbədə məsrəflərin normalar üzrə uçotundan və 
mövcud norma və normativlərdən kənarlaşmaların uçotundan 
istifadə edilir. 
Məsrəflərin uçotunun və məhsulun maya dəyəri kal-
kulyasiyasının iki variantından istifadə edilir: 
a) məsrəflərin uçotunun və məhsulun maya dəyəri kalkul-
yasiyasının yarımfabrikatsız variantı; 
b) məsrəflərin uçotunun və məhsulun maya dəyəri kal-
kulyasiyasının yarımfabrikat variantı.
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yasının yarımfabrikatsız variantında yarımfabrikatların hərəkəti 
operativ uçot vasitəsi ilə aparılır və mühasibat yazılışları tərtib 
edilmir və hesablarda əks olunmur. Hər mərhələdən sonra ya-
rımfabrikatların maya dəyəri hesablanmır. Yarımfabrikatsız va-


65 
riantda maya dəyərinin kalkulyasiya obyekti bütövlükdə hazır 
məhsul hesab olunur. 
Məsrəflərin uçotunun və məhsulun maya dəyəri kalkul-
yasiyasının mərhələ metodunun yarımfabrikatsız variantında 
müəssisənin istehsal bölmələri arasındakı yarımfabrikatlar mər-
kəzi mühasibat uçotunda rəsmiləşdirilir və onların maya dəyəri 
hesablanır. Mərhələ metodunun yarımfabrikatsız variantında 
ayrı-ayrı mərhələlərin (yarımfabrikat) və eləcə də bütövlükdə 
texnoloji prosesin bitməsi üzrə alınan hazır məhsul yalnız is-
tehsal məsrəfləri uçotunun, eləcə də məhsulun maya dəyəri kal-
kulyasiyasının obyekti hesab olunur. 
Uçotun yarımfabrikat variantını tətbiq edən müəssisələr-
də hazır məhsulun maya dəyəri əvvəlki emal bazalarında olan 
yarımfabrikatların maya dəyəri ilə sonuncu mərhələdəki məs-
rəfləri cəmləməklə hesablanır hansı ki, nəticə hazır məhsul 
olur. 
Fərz edək ki, təhlil edilən müəssisənin hazır məhsulu 7 
N-li cədvəldə yığılan müvafiq olaraq 1, 2 və 3 N-li sexlərdə 
hazırlanan A, B, C yarımfabrikatlarının (metallarının) və 4 N-li 
sexdə yığılması nəticəsində alınmışdır. Beləliklə, bizim misalı-
mızda istehsal prosesi 4 mərhələdən ibarətdir. Üç mərhələnin 
nəticəsi yarımfabrikat sonuncu mərhələnin nəticəsi isə hazır 
məhsuldur. 1, 2 və 3-cü mərhələlər üzrə istehsal məsrəfləri və 
yarımfabrikatların A, B, C maya dəyəri 8 və 6-cı əlavə 
cədvəldə verilmişdir. Hazır məhsulun 4 N-li sexdə yığılması 
üzrə məsrəflər 7 N-li əlavə cədvəldə yarımfabrikatların və hazır 
məhsulun maya dəyəri göstəriciləri 7-ci cədvəldə verilmişdir. 1 
N-li sexdə sifarişçinin öz materialından istifadə edildiyi üçün 
material məsrəfi yoxdur. Mərhələlər üzrə ümumtəsərrüfat 
xərcləri əməkhaqqı xərclərinə mütənasib olaraq bölüşdürmək 
yolu ilə hesablanmışdır. 


66 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin