Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məsrəflərin uçotu və məhsulun maya dəyəri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə31/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   91
document hrclubaz 226

5.5. Məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyasının mərhələ metodunun mahiyyəti, uçot 
ardıcıllığı və tətbiq sahələri 
 
Mərhələ metodunun mahiyyəti və prinsipləri bir çox 
istehsal sahələri üçün sənaye və kənd təsərrüfatı xammalının 
hazır məhsula çevrilməsi üçün fiziki, kimyəvi və bioloji 
proseslər əsasında ardıcıl emaldan ibarətdir. Bu müəssisələrin 
fərqləndirici xüsusiyyəti ardıcıl mərhələlər hesab olunur. 
Mərhələ dedikdə aralıq məhsul çıxımı (yarımfabrikat) və yaxud 
son hazır məhsul alınması üçün həyata keçirilən texnoloji 
əməliyyatların məcmusu başa düşülür. Belə müəssisələrdə 
məsrəflərin uçot obyekti hər bir müstəqil mərhələ hesab olunur. 
Mərhələlərin siyahısı mərhələ məhsulunun maya dəyərinin 
planlaşdırılması, uçotu və kalkulyasiyası və bitməmiş istehsalın 
qiymətləndirilməsi imkanından çıxış edilərək texnoloji 
proseslərə əsasən təyin edilir. Bu mərhələ metodunun 
mahiyyəti yuxarıda sadalanan ilkin şərtlərdən qaynaqlanır ki, 
bu da aşağıdakılardan ibarətdir. Cari uçotda müstəqim 
məsrəfləri məhsul növləri üzrə deyil (hətta bir mərhələdə) bir 
neçə növ məhsul alınsa da istehsalın mərhələləri, pillələri 
(dövrləri) üzrə əks etdirilir. Deməli məsrəflərin uçot obyekti: 
adətən mərhələ hesab olunur. Nə qədər ki, belə istehsalatlarda 
hazır məhsul buraxılışı prosesləri əsasən bir neçə bitmiş 
mərhələdən ibarətdir, o zaman bir qayda olaraq hər mərhələnin 
sonunda məhsulun maya dəyəri hesablanır. Bu əsasən 
mərhələnin sonunda hazır məhsulun və ya yarımfabrikatın 
kənara satılma imkanları ilə əlaqədardır. Bundan başqa bir çox 


61 
hallarda məhsulun xüsusilə o halda ki, həmin məhsullar hər 
mərhələnin bir növ və yaxud eynicinsli qrup növündən 
alınmadığı hallarda ayrı-ayrı və yaxud qrup növləri üzrə maya 
dəyərinin kalkulyasiyasını tərtib etmək lazım olur. Deməli, 
kalkulyasiya obyekti hər mərhələnin bir və yaxud qrup 
məhsulu hesab olunur. Uçotun mərhələ metodunda yerinə 
yetirilən əməliyyatların ardıcıllığını 8 nömrəli blok sxeminin 
köməkliyi ilə araşdıraq. Lakin qəbul edək ki, şərti 
müəssisələrdə istehsal üç mərhələdən ibarətdir. Ona görə də 
sonuncu yarımfabriki hazır məhsula çevrilir. 8 N-li blok 
sxemdən göründüyü kimi mərhələ metodunda məsrəflərin 
uçotu hər bir təcrid olunmuş mərhələ üzrə aparılır. Hər bir 
mərhələ üzrə məsrəflərin uçotunun təşkilində proseslər üzrə 
metodla oxşarlıq vardır. Əgər məhsul istehsalı bir neçə 
mərhələdən 
ibarətdirsə 
məsrəflərin 
uçotunun 
mərhələ 
metodunda təşkili mürəkkəbləşir. 


62 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin