Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


İstehsal məsrəflərinin proseslər üzrə kalkulyasiya



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə30/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   91
document hrclubaz 226

İstehsal məsrəflərinin proseslər üzrə kalkulyasiya 
sistemində maya dəyərinin dəyişməsi 
 
Proses A Proses B
Material 1000 B prosesinə A prosesindən 3000 C prosesinə 
Əmək məsrəfləri 1000 verilir Əmək məsrəfi 2000 verilir 
Üstəlik xərclər 1000 3000 Material 1000 6500 
3000 Üstəlik xərclər 500
6500
Proses C Hazır məhsul
B prosesindən 6500 Hazır məhsul C prosesindən 
Əmək sərfi 3000 anbarına verilmişdir 12000 
Material 2000 verilmişdir 
Üstəlik xərclər 1000 12000 
12500 
Məsrəflərin məhsul buraxılışı ilə bitməmiş istehsal ara-
sında bölüşdürülməsinin birinci variantı (blok 6) istehsalın 
uzunmüddətli tsklində tətbiq edilir və hər dövrün sonunda bit-
məmiş istehsal əmələ gəlir. Bu sahələrə misal olaraq torf və 
meşə materialları sənayesi ilə məşğul müəssisələri göstərmək 
olar. Bu müəssisələrdə məsrəflərin uçotu proseslər üzrə aparı-
lır, lakin hər prosesin axırında məhsulun maya dəyəri kalkulya-
siya edilmir. Bitməmiş istehsal inventarizasiya edilərkən hər 
prosesdə onun qalığı prosesdən asılı olaraq plan maya dəyəri 
ilə qiymətləndirilir. Sonra məhsul buraxılışının faktiki maya 
dəyəri hesablanır: ay ərzində sərf edilmiş faktiki məsrəflərin 
üzərinə bitməmiş istehsalın ayın əvvəlinə olan qalığı gəlinir və 
ayın sonuna qalığı çıxılır. 
Məsrəflərin bölüşdürülməsinin ikinci variantı (blok 7) bir 
neçə növ məhsul istehsalı ilə məşğul olan müəssisələrdə istifa-
də edilir ki, burada da bitməmiş istehsal olmur. Bu kateqoriya 
müəssisələrə eyni zamanda elektrik və istilik enerjisi istehsal 
edən elektrik stansiyalarını, neftçıxarma sənayesini, tikinti ma-


59 
terialları sənayesini (qum, çınqıl və s.) aid etmək olar. Bu tip 
müəssisələrdə uçot proseslər üzrə aparılır. Yalnız bir növ məh-
sul istehsalına sərf edilən məsrəflərin uçotu ayrı aparılır. 
Məsrəflərin bölüşdürülməsinin üçüncü variantı (blok 8) 
kömür və dağ mədən sənayesində kömürün saflaşdırılması sə-
nayenin tikinti materiallar (kərpic, şifer və s.) istehsalı ilə məş-
ğul olan sahələrdə tətbiq olunur. Lakin proseslər üzrə metodun 
tətbiqi zaman maya dəyəri üzərində nəzarət işini həyata keçir-
mək üçün ən vacib şərtlərdən biri də material, əmək və maliyyə 
vəsaitlərinin şərti normalarının istehsal vəsaitinin istifadəsi nor-
mativlərinin, istehsal xərcləri smetasının, faktiki xərclərin, mü-
vafiq norma və normativlərinin smetalarının, faktiki xərclərin 
norma və normativlərdən kənarlaşmalarının uçotunun təşkili 
kimi zəruri şərtlər yerinə yetirilməlidir. Bir sözlə müəssisə 
mövcud tələbata cavab verən normalara və normativ təsərrüfa-
tına malik olmalıdır. 
Proses metodunda məsrəflərin formalaşması və məhsulun 
maya dəyərinin kalkulyasiyası qaydasını istilik enerjisi istehsalı 
və nəql edilməsi misalında nəzərdən keçirək. 
Bizim misalımızda məsrəflərin uçot obyekti aşağıdakı-
lardan ibarətdir: 
a) İstilik enerjisi istehsalı; 
b) İstilik enerjisinin nəql edilməsi. 
Bu halda kalkulyasiya obyekti istehsal edilmiş istilik 
enerjisi və onun nəql edilməsi xidmətləri, istilik enerjisi isteh-
salının həcmi və nəql edilməsi qikokalori (1 qkal) ilə ölçülür. 
4 və 5 N-li əlavə cədvəllərdə istilik enerjisinin və onun 
nəql edilməsinin maya dəyərinin hesabat kalkulyasiyası verilir. 
4 N-li əlavə cədvəldən göründüyü kimi hesabat dövründə 
istehsal edilən istilik enerjisinə sərf edilən xərc (yəni maya də-
yəri) 138646.97 min manat təşkil edir. 1 qkal istilik enerjisinin 
orta maya dəyəri bütün istehsal məsrəfləri məbləğinin istehsal 
edilən istilik enerjisinin həcminə bölməklə hesablanır. 
(138646.97:283915qkal =488.34 manat) 


60 
İstehsal edilmiş istilik enerjisi istehlakçılara ötürülərkən 
çəkilən məsrəfin məbləği 39968.33 min manat təşkil edir. 
Deməli, nəql edilən istilik enerjisi vahidinin maya dəyəri 
140.67 manat qkal (39968.33:283915 qkal) təşkil edir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin