87
1. Tur məhsulu formalaşdıran işçilərin əmək ödənişi
xərcləri;
2. Sosial ehtiyaclara ayırmalar;
3. Nəqliyyat xərcləri (hava, dəniz, çay, dəmir yolu və s.);
4. Kənar təşkilatlara ödəmələr (bax maddə 10);
5. Yeni turməhsulun hazırlanmasına və mənimsənilməsi-
nə məsrəflər;
6. Kontagentlərə komisyon mükafatlarının ödənişi;
7. Sair məsrəflər və ödənişlər.
Turist təşkilatlarında üstəlik xərclər ay ərzində 711 N-li
“Kommersiya xərcləri”, 721 N-li “İnzibati xərclər”, 731 N-li
“sair əməliyyat xərcləri” sintetik hesablarda uçota alınır. Ayın
sonunda bu xərclər daxili uçot siyasətinin tələblərinə uyğun
olaraq müvafiq olaraq 711, 721 və 731 N-li hesabların kredi-
tindən 202 N-li “İstehsalat məsrəfləri”, 701 N-li “Satışın maya
dəyəri” hesabların debetinə silinir.
Dostları ilə paylaş: