Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Nəşriyyat poliqrafiya təşkilatlarında məsrəflərin uçotu



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə44/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   91
document hrclubaz 226

7.2. Nəşriyyat poliqrafiya təşkilatlarında məsrəflərin uçotu 
və məhsulun maya dəyəri kalkulyasiyasının xüsusiyyətləri 
 
Müasir şəraitdə nəşriyyat poliqrafiya fəaliyyəti istənilən 
növdə çap nəşrlərinin hazırlanması və buraxılmasını özündə 
ehtiva edir. Çap nəşri dedikdə onların tirajı və hazırlanma üsul-
larından asılı olmayaraq qəzet, jurnal, albom, plakat, buklet və 
digər poliqrafiya istehsalı məhsulları nəzərdə tutulur. 
Nəşriyyat poliqrafiya müəssisələrində məsrəflərin uçotu 
kalkulyasiya maddələri üzrə məsrəflərin istehsal texnoloji təyi-
nat və əmələgəlmə yerləri əlamətləri üzrə aşağıdakı maddələr-
də aparılır: 
1. Müəlliflik qonorarları üzrə xərclər; 
2. Bədii qrafik işlər üçün müəlliflik qonorarları; 
3. Poliqrafiya işlərinə xərclər; 
4. Material xərcləri; 


88 
5. Redaksiya xərcləri; 
6. Ümumnəşriyyat xərcləri; 
7. Satış xərcləri; 
8. Çıxdaşdan itkilər. 
Müəlliflik və bədii qrafik işləri üçün ödənilən qonorarlar 
nəşriyyat müqaviləsi, əmək müqaviləsi, qonorarların müəyyən 
edilməsi üçün aparılan hesablamalar məbləğin ödənilməsi üçün 
hesab kimi ilk sənədləşmələrdən istifadə edilir. 
Poliqrafiya işlərinə sərf edilən xərcləri nəşr məhsulunun 
maya dəyərində yüksək xüsusi çəkiyə malikdir. Onların plan-
laşdırılan həcmi ədəbiyyat buraxılışının tematik planından, nəş-
rin bədii-qrafik rəsmiləşdirilməsi planından və nəşrə hazırlan-
masının müqavilə qiymətindən çıxış edilərək təyin edilir. Lakin 
nəşriyyatın poliqrafiya işlərinə sərf etdiyi faktiki xərclərin həc-
mi nəşriyyatda və poliqrafiya müəssisələrində istehsalın texniki 
hazırlıq səviyyəsindən asılıdır və əhəmiyyətli dərəcədə onunla 
şərtlənir. 
İstehsalın texniki hazırlığının səmərəli təşkili yeni texni-
kanın tətbiqinə, mövcud standartlara, texniki şərtlərə, texnoloji 
təlimatlara və mütərəqqi texnikanın tətbiqinə şərait yaradır və 
təmin edir ki, bu da nəticə etibarı ilə sifarişlərin hazırlanması-
nın nəşriyyat-poliqrafiya tsiklini uzunluğunu ixtisar edir və 
nəşriyyat və poliqrafiya işlərinə xərclərin azaldılması ilə nəti-
cələnir. 
Poliqrafiya işlərində xərcləri uçota almaq üçün müvafiq 
ilk sənədlərdən (müqavilə, müqavilə qiymətinin razılaşdırılma-
sına dair protokol, ödəniş hesabı, hesab faktura, tirajı təhvil 
vermək üçün qaimə və s.) istifadə edilir. 
Poliqrafiya işlərinə sərf edilən xərclər nəşriyyatın müha-
sibatlığında aşağıdakı yazılışla rəsmiləşdirilir: 
Debet 201 “İstehsal məsrəfləri” 
Kredit 431, 531 “Malsatanlar və podratçılarla hesablaş-
malar” 


89 
İstehsal xarakterli işlərin dəyəri nəşriyyatın uçotunda De-
bet 202 “İstehsal məsrəfləri”, debet 721 “İnzibati xərclər”, Kre-
dit 431, 531 “Malsatanlar və podratçılarla hesablaşma” hesabı. 
Material xərcləri aşağıdakı yazılışda rəsmiləşdirilir: 
Debet 202 “İstehsalat məsrəfləri” 
Debet 711 “Kommersiya xərcləri” 
Kredit 201 “Material ehtiyatları” 
İstehsal prosesində əmələ gələn qaytarılmalı atqıntılar 
nəşriyyatın material məsrəflərinin məbləğini azaldır. 
Debet 201 “Material ehtiyatları” 
Kredit 202 “İstehsalat məsrəfləri” 
Redaksiya xərclərinin nomenklaturasına aşağıdakı xərc-
lər daxildir: 
1. İdarəetmə heyəti işçilərinin saxlanılması xərcləri; 
2. Redaksiyanın istehsalat heyətinin saxlanılması xərclə-
ri; 
3. İşlərin emalı və rəsmiləşdirilməsi üzrə xərclər; 
4. Orijinal-maketlərin satın alınmasına və texniki işlərinə 
xərclər; 
5. Əsas vəsaitlərin amortizasiyası; 
6. İstehsal təyinatlı əsas vəsaitlərin təmir xərcləri; 
7. Əsas vəsaitlərin saxlanılması xərcləri; 
8. Sair xərclər. 
Nəşr – poliqrafiya müəssisəsinin idarəetmə heyətinin və 
ümumnəşriyyat heyətinin saxlanılması eləcə də ümumtəsərrü-
fat məsrəfləri “Ümumnəşriyyat xərcləri” maddəsində uçota alı-
nır. Ümumnəşriyyat xərcləri 11-ci cədvəldə verilmiş nomenk-
laturaya uyğun olaraq 721 N-li “İnzibati xərclər” sintetik hesa-
bında uçota alınır. 
Nomenklaturaya aşağıdakı xərc maddələri daxildir: 
1. İnzibati – idarə xərcləri; 
2. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərin amortizasiya-
sı; 


90 
3. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərin təmiri və 
saxlanılması xərcləri; 
4. Sair ümumtəsərrüfat xərcləri; 
5. Ümumtəsərrüfat qeyri-məhsuldar xərcləri. 
Ümumnəşriyyat xərclərinin analitik uçotu başvermə yer-
ləri üzrə müvafiq köməkçi cədvəllərdə aparılır. 
Ay ərzində 721 N-li hesabın debetində cəmlənən xərclər, 
ayın axırında nəşriyyat məhsulları istehsalına sərf edilən məs-
rəflərin tərkibinə daxil edilir: 
Debet 202 “İstehsal məsrəfləri” 
Kredit 721 “İnzibati xərclər” 
Nəşriyyat – poliqrafiya müəssisəsi məhsulunun tam maya 
dəyərinin elementlərindən biri də satışla əlaqədar olan xərclər-
dir. 
Satışla bağlı olan xərclərin uçotu 11-ci cədvəldə verilmiş 
nomenklatura maddələrinə uyğun olaraq 711 N-li “Kommersi-
ya xərcləri” sintetik hesabında aparılır. 
Cədvəldə əks etdirilmiş bütün xərclər ay ərzində 711 N-li 
hesabın debetində cəmlənir və ayın sonunda satışın maya dəyə-
rinə silinir (satılmış və yüklənib yola salınmış məhsula düşən 
hissə): 
Debet 701 “Satışın maya dəyəri” 
Kredit 711 “Kommersiya xərcləri” 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin