Rəy və təklifləriniz üçün
tt@socar.az
elektron ünvanına
müraciət edə bilərsiniz
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə
test tapşırıqları
1. Yüksək yanğın təhlükəsinə malik olan avadanlığın yanında nə asılmalıdır?
A) Göstərici
işarələr
B) Marifləndirici işarələr
C) Məlumatlandırıcı işarələr
D) Yardım
işarələri
E) Standart işarələr (təhlükəsizlik lövhəcikləri)
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu. Bakı, 2001
2. Əmək şəraitinin yaxşılaşdırılması üçün verilən maddi həvəsləndirmə hansı bənddə düzgün
göstərilmişdir?
A)
Təşəkkür elan edilməsi
B) Fəxri fərmanın
verilməsi
C) Döş nişanlarının təqdim olunması
D) İşçinin adının şərəf lövhəsinə vurulması
E) Peşə üzrə ən yaxşı işçi adının verilməsi
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011.
Səh.340
3. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəlik:
A) Peşə xəstəliyi
B) Sarılıq xəstəliyi
C)
Sətəlcəm xəstəliyi
D) Şəkər xəstəliyi
E) Qızılca xəstəliyi
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İş yerlərinin attestasiyasının keçirilməsində zərərli istehsalat
amillərinin ölçülməsi və
qiymətləndirilməsi üzrə “Təlimatlar Toplusu” 1992
4. İş yerində təlimatın özü neçə təlimatdan ibarətdir?
A) Altı təlimatdan
B) Üç təlimatdan
C)
Beş təlimatdan
D) Dörd təlimatdan
E) İki təlimatdan
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 158