Rəy və təklifləriniz üçün
tt@socar.az
elektron ünvanına müraciət edə bilərsiniz
61. Təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qaz balonları üzərində aşağıdakılar
olmalıdır. Düzgün cavabı seçin.
A) İki ədəd
qoruyucu rezin halqa, sifarişçinin telefon nömrəsi, balonların
ventillərində boğucu
qapaqlar və plomb ilə plomblanmış qoruyucu qapaqlar
B) İki ədəd qoruyucu rezin halqa, təhlükə nişanları, balonların ventillərində boğucu qapaqlar və
plomb ilə plomblanmış qoruyucu qapaqlar
C) İki ədəd qoruyucu rezin halqa, təhlükə nişanları, balonların ventillərində boğucu qapaqlar və
qazın tərkibini göstərən analizator
D) İki ədəd qoruyucu rezin halqa, təhlükə nişanları, əleyhqaz və plomb ilə plomblanmış qoruyucu
qapaqlar
E) İki ədəd əlcək, təhlükə nişanları, balonların ventillərində boğucu qapaqlar və plomb ilə
plomblanmış qoruyucu qapaqlar
Testin çətinlik dərəcəsi: Orta
İstinad: İstinad: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207
nömrəli qərarı ilə təsdiq edilmişdir.Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması
qaydaları.Səh-6
62. Gərginlik altında olan elektrik avadanlığını yanğından söndürmək üçün nə etmək lazımdır?
A) Elektrik avadanlığını dərhal
dövrədən açmaq
B) Köpüklü odsöndürənlə dərhal yanğını söndürmək
C) Su şırnağından istifadə etməklə yanğını söndürmək
D) Elektrik avadanlığının üzərinə qum tökmək
E) Yaş örtükdən istifadə edərək alovu bağlamaq
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 56
63. Hansı yanğınlar köpüklə söndürülmür?
A) Bərk maddələri
B) Taxta materialı
C) Parça materialı
D) Əşyalar
E) Yanar
metallar, gərginlik altında olan elektrik avadanlıqları
Testin çətinlik dərəcəsi: Asan
İstinad: https://www.fhn.gov.az/newspaper/?az/news/view/9305
64. Venoz qanaxma zamanı qanın rəngi və axması necə olur?
A) Açıq albalı rəngli, fasiləsiz, bərk axınlı
B) Tünd albalı rəngli, fasiləsiz, yavaş axınlı
C) Tünd rəngli,
fasiləli, yavaş axınlı
D) Açıq qırmızı rəngli, fasiləsiz, yavaş axınlı
E) Tünd albalı rəngli, fasilə ilə, sürətli axınlı
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İLK YARDIM müəllimlər üçün vəsait, Bakı 2017
65. Fəhlələr əleyhqazdan nə zaman istifadə etməlidirlər?
Rəy və təklifləriniz üçün
Dostları ilə paylaş: