tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz İstinad: İstinad: Ə.M.İsmаyılоv, T.V.Cəfərоv. Qаz хidməti işçisinin sоrğu kitаbı. Bаkı, 2013.
Səh. 230
320. Yanğın hidrantlarına və yanğın kranlarına hansı müddətdən bir texniki xidmət göstərilməli, iş
vəzyəti yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi jurnalda qeyd olunmalıdır?
A) İki ildən bir
B) Rübdə 3 dəfə
C) Həftədə 1 dəfə
D) Altı aydan bir
E) Ayda iki dəfə
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 56
321. İnsan orqanizminə təsirinə görə zərərli maddələr hansı sinflərə bölünür?
A) Daha çox təhlükəli maddələr və az təhlükəli maddələr
B) Daha çox təhlükəli maddələr, yüksək təhlükəli maddələr, orta təhlükəli maddələr və az təhlükəli
maddələr
C) Daha çox təhlükəli maddələr, orta təhlükəli maddələr, zəif təhlükəli maddələr və az təhlükəli
maddələr
D) Daha çox təhlükəli maddələr, yüksək təhlükəli maddələr, zəif təhlükəli maddələr və az təhlükəli
maddələr
E) Təhlükəli maddələr, orta təhlükəli maddələr, zəif təhlükəli maddələr və az təhlükəli maddələr
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010.
Səh. 347
322. Bədənin yanğından zədələnmiş sahəsini nə ilə yumaq lazımdır?
A) 3-5%-li kalium permаnqanat məhlulu və yaxud navokainlə
B) 96%-li etil spirit ilə yumaq və bor mazı ilə sarğı qoymaq
C) Su ilə qarışdırılmış 5%-li xlor məhlulu ilə
D) Duzlu su ilə
E) Yod məhlulu ilə isladılmış pambıq ilə asta-asta yumaq lazımdır
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Neft, qaz və neft kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011. Səh. 56
323. Günəş şüalarının birbaşa təsirindən meydana gələn yanıqlar
A) Termiki
B) Kimyəvi
C) Elektrik
D) şüa
E) Günəş
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İlk yardım (müəllimlər üçün vəsait).
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının
05 aprel 2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilmişdir, səh. 124