tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz E) Müəssisənin İnsan Resursları Departamenti tərəfindən
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu
tərəfindən işlənilmiş Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə
Sistemi.
304. Kimyəvi maddələrin orqanizmə daxil olma yolları hansılardir? Tam doğru cavabı müəyyən
edin.
A) Tənəffüs orqanları, ağız boşluğu, dəri və selikli qişalar
B) Yalnız tənəffüs orqanları və selikli qişa ilə
C) Yalnız həzm orqanları və saç dibləri vasitəsilə
D) Dəri, ağız boşluğu və selikli qişalardan
E) Dəri və həzm orqanları vasitəsilə
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi, I cild.Bakı, 2010,
s.330
305. Ətraf təbii mühitin istehsalat və məişət tullantılarından qorunmasına nəzarət edən xidmət sahəsi
hansı təşkilat tərəfindən həyata keçirilir?
A) FHN Dövlət Yanğın Nəzarəti Xidməti
B) Dövlət Ekoloji Təhlükəsizlik Xidməti
C) Səhiyyə Nazirliyinin Sanitar-Gigiyena Mərkəzləri
D) Dövlət Əmək Müfəttişliyi Xidməti
E) Dövlət Sığorta Nəzarəti Xidməti
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji
Təhlükəsizlik Xidməti. Bakı, 2020
306. Əlləri və bədənin müəyyən hissələrini əlcəklərlə və xüsusi geyimlə mühafizə etmək mümkün
olmadıqda hansı mühafizə vasitələrindən istifadə olunur?
A) Ekranlama və neytrallaşdırıcılardan
B) İşıq lifləri və rezin xalçalar
C) Mazlar və pastalar
D) Rezin xalçalar və resperatorlar
E) İşıq lifləri və pastalar
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011.
Səh.346
307. Balonlar nizamla üst-üstə yığılarkən onların hündürlüyü neçə m-dən çox olmamalıdır?
A) 1.5
B) 1.8
C) 2
D) 2.2
E) 1