Qaz təchizatı haqqında


IV f əsil. Energetika müqavilələri, qazın nəql edilməsi



Yüklə 430,45 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix06.03.2023
ölçüsü430,45 Kb.
#86890
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Q-7

IV f
əsil. Energetika müqavilələri, qazın nəql edilməsi, 
paylanması və saxlanılması 
Madd
ə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
1. Qaz nəqli xidmətlərinin təşkili, qaz paylayıcı şəbəkələrinin tikintisi və yeraltı qaz 
anbarlarının yaradılması, onların istismarı, yenidən qurulması energetika müqavilələri 
olmadan həyata keçirilə bilməz. Belə müqavilələr podratçı ilə 
müvafiq icra hakimiyyəti 
orqanı
 arasında bağlanılır. Müqavilələr nəzarət orqanı tərəfindən təsdiq edildikdən sonra 
qüvvəyə minir. Müqavilənin təsdiq olunma tarixi onun qüvvəyə minmə tarixi hesab 
edilir. 
2. Energetika müqaviləsi müvafiq qanunvericiliyin və müqavilənin müddəaları əsasında 
müəyyən edilmiş fəaliyyətin yerinə yetirilməsi üzrə podratçıya hüquqlar və vəzifələr 
verir. 
3. Yuxarıda göstərilən hüquqları əldə etmək üçün podratçı dövlətə energetika 
müqaviləsində göstərildiyi kimi ödəmələr verir. 
4. Energetika müqavilələrinin birinci fəaliyyət müddəti onun qüvvəyə mindiyi vaxtdan 
hesablanmaqla 20 ildən artıq olmamalıdır. Bu maddənin 1-ci hissəsinə müvafiq olaraq 
müqavilənin fəaliyyəti yenidən daha 10 il uzadıla bilər. 
5. Energetika müqaviləsi onun şərtlərinə görə dayandırıla bilər. İstənilən halda 
müvafiq 
icra hakimiyyəti orqanı
 xəbərdarlıq etdikdən və podratçıya çatışmamazlıqları aradan 
qaldırmaq üçün münasib vaxt verdikdən sonra da podratçı öz vəzifələrindən irəli gələn 
tələbləri daim pozarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqavilənin fəaliyyəti 
dayandırıla bilər. 
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata 
keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, 
qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və 
təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə 
qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 



Yüklə 430,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin