Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
12
MÖVZU 5
Fövqəladə halların zədələyici amilləri
Fövqəladə hallar canlı aləmə və obyektlərə bu və ya digər dərəcədə təsir göstərən amilləri
törədir. Onların təsiri nəticəsində insanlar, heyvanlar və bitkilər məhv olur, zədələnmiş əhali əmək
qabiliyyətini tam yaxud qismən itirir, xalq təsərrüfatı obyektləri ya tamamilə dağılır, ya da zədələnərək
öz iş fəaliyətini xeyli məhdudlaşdırmağa məcbur olur və bunlara zədələyici amillər deyilir. Onların
insanlara və obyektlərə eyni vaxtda təsiri nəticəsində meydana gələn zədələnmələr kombinə olunmuş
xarakter daşıyırlar.
FH-ın əsas zədələyici amillərinə: 1) hava partlayış dalğası; 2) temperatur; 3) ionlaşdırıcı şüalar;
4) güclü təsirli zəhərli maddələr; 5) bakterial agentlər; 6) aerohidrodinamik amil; 7) psixoemosional
təsir daxildir.
1. Hava partlayış dalğası
səs sürətindən yüksək sürətlə və artıq təzyiqlə partlayış
mərkəzindən bütün istiqamətlərə yayılan çox kəskin surətdə sıxılmış və qızmış hava cərəyanından
ibarətdir.
Partlayış dalğasının təsiri havanın sıxılma dərəcəsindən (artıq təzyiqdən), onun sürətindən, təsir
müddətindən və insanın yaxud obyektin onun ön səthinə görə durduğu vəziyyətindən asılıdır. Partlayış
dalğası insanları həm bilavasitə, həm də dolayı yolla-ikincili əşyalarla (obyektlərin dağılıb qopan
hissələri, beton, kərpic, şüşə qırıntıları, torpaq və s. ilə) zədələyə bilər. Bunlardan başqa onlar
uçuqların, ağac və dirəklərin altına düşməklə və yüksəkliklərdən yıxılmaqla zədələnə bilərlər.
Partlayış dalğasının insan orqanizminə təsiri nəticəsində mexaniki travmalar (əzilmələr,
vətərlərin gərilməsi, sümük çıxıqları və sınıqları, yaralanmalar, travmatik toksikozlar, daxili üzvlərin
zədələnmələri, kontuziyalar, beyin silkələnmələri, hava emboliyası, bədənin açıq yerlərinin və yuxarı
tənəffüs yollarının yanıqları və s.) əmələ gəlir.
Dostları ilə paylaş: