Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 38
MÖVZU 17 Təbii fəlakət, iri qəza, bədbəxt hadisələrdə İTY Zəlzələ zamanı ocaqda görülən tədbirlər və ilk tibbi yardım Mənzilləri tərk edən insanlar oraya tez bir vaxtda qayıda bilmir. Buna görə də seysmik
rayonlardakı müəssisələr belə hallar üzrə fəaliyyət planlarında əhalinin yerləşdirilməsi üçün çadır
şəhərciklərinin yaradılması, eləcə də lazımı köçürmə vasitələri, ərzaq, dərman və s. ehtiyyatlarının
hazırlanması əvvəlcədən nəzərdə tutulmalıdır. İstehsalat qəzalarının, kütləvi yanğınların qarşısını
almaq üçün zəlzələnin başladığı barədə məlumat siqnalı verilən andan sinxron olaraq enerji, qaz
verilişinin kəsilməsi üçün tədbirlər görülməlidir. Adamlar bir neçə saniyə ərzində binaları tərk etməli,
mümkün olduğu halda qapıların tağı altında, stolun, skamyanın, çarpayının altında daldalanmalıdırlar.
Pəncərədən, balkondan kənarda dayanıb, daxili divarın küncünə sıxılmaq lazımdır. Təkanlar bitəndən
sonra özünə və ətrafdakılara yardım göstərmək lazımdır. Tibbi vasitələrdən ilk tibbi yardım
apteçkasindən istifadə edib sarğı qoymaq, immobilizasiya aparmaq və zədə almış adamlar haqqında
xəbər vermək.
Qasırğa zamanı ocaqda görülən tədbirlər və ilk tibbi yardım İlk növbədə lazım olan şeyləri (ərzaq, paltar, odeyallar, fənər, şəxsi sənədlər, ilk yardım
apteçkasi dərmanlar, batareyalı radioqəbuledici ) bir çantaya yığıb, əl altda saxlamaq lazımdır. Harada
gizlənəcəyini (zirzəmi, birinci mərtəbələr), yaxud qasırğa ailə üzvlərini müxtəlif yerlərdə ( işdə,
məktəbdə) yaxalayacağı ehtimalı varsa, insanlar bütün ailə üzvlərinin yığışacağı yeri müəyyən
etməlidirlər. Fəlakət zamanı təmkinli olmaq lazımdır, hökümət orqanlarının və xilasedicilərin
təlimatlarını dinləyib icra etmək lazımdır. Zədələnmiş və uçqun altında qalmış şəxslərə ilk tibbi yardım
göstərmək lazımdır. Zədələnmiş elektrik naqillərinə yaxınlaşmaq olmaz.