M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 39
lazımdır. Buna görə tibbi yardım göstərən qruplar əvvəlcədən sedativ, ürək-damar və digər vasitələrlə
təmin olunmalıdırlar və ağırlaşmaların müalicə xüsusiyyətlərini yaxşı bilməlidirlər. Bundan əlavə
nəzərə almaq lazımdır ki, təbii fəlakət anında (xüsusən yer titrəməsində) tibb müəssisələri dağıla bilər.
Bu da tibbi heyətin işləmək üçün narahıtlıq törədə bilən yerlərdən köçürülməsi zərurəti yarada bilər.
Ona görə də qabaqcadan bu məqsəd üçün bir sıra binaları, məktəb, uşaq bağcası və s. hazırlamaq
lazımdır.
Təbii fəlakət nəticəsində bəzən minlərlə insanlar, ailələr yaşayış şəraitindən məhrum olurlar, ağır
şəraitə düşərək əziyyət cəkirlər. İnsanların çadır şəhərciyində və xilas olmuş binalarda yerləşdirilməsi,
kommunal şəbəkənin dağılması və hamam-camaşırxana xidmətinin pisləşməsi yolxucu xəstəliklərin
baş verməsi üçün şərait yaradır. Əhalinin fasiləsiz keyfiyyətli içməli su ilə təmini, məişət zibillərinin
mərkəzləşmiş qaydada çıxarılması, keyfiyyətli yuyucu vasitələrlə təhcizatı, hamamların, duşların,
sanitar təmizləyicilərin fasiləsiz işləməsi yolxucu xəstəliklərin profilaktikasına kömək edir. Yadda
saxlamaq lazımdır ki, uşaqlar yolxucu xəstəliklərə daha çox həssasdırlar. Kütləvi yanğın və su
basmasında zədələnməyə təkcə əhali yox, təbii fəlakətin nəticələrini aradan qaldıran xilasedicilər də
məruz qala bilərlər. Bundan əlavə MMTX çoxlu yanıq zədələnmələrinə və eyni zamanda dəm qazı və
tüstüdən zərərçəkənlərə tibbi yardım göstərməyə hazır olmalıdır. Belə hallarda ilk tibbi yardım elə
təşkil olunmalıdır ki, tüstülənmiş ərazidə zədələnənləri axtarmaq mümkün olsun. Bu zaman sanitar
drujinalar aktiv surətdə fəaliyyət göstərməlidirlər. Onlar yanıqlı zədələnənlərə ilk tibbi yardım göstərib
tüstülənmiş ərazidən çıxarmalıdırlar. Tibb Xidməti qüvvələri yanğın ocagına maksimum yaxın
olmalıdır. Zədələnənlər çox olduqda müalicə müəssiəsi və ilk tibbi yardım dəstəsi təcili tibbi yardım
xəstəxanasının lazımi avadanlığı ilə gücləndirilməlidir. Subasmasında zərərçəkənlərə tibbi yardım
göstərilməsinin bir sıra xüsusiyyətləri var. Su basdıqda zədələnənlərin əksəriyyəti terapevtik profilli
olacaqdırr. Belə ki, yaz və payız aylarında insanların uzun müddət suda qalmaları pnevmoniya
xəstəliyi törədir. Təbii suda batanların çoxu ağciyərlərin süni ventilyasiyasına, ürəyin qapalı massajına,
qızdırılmasına ehtiyacı olacaqdır. İlk həkim yardımı sadə manipulyasiyalarla həyat əhəmiyyətli
funksiyaları saxlamaq: ürək fəaliyyətini bərpa edən, sakitləşdirici vasitələrin yeridilməsi,
zərərçəkənlərin qızdırılması və s. vacib tədbirlər olacaqdır. Müalicə müəssiəsi terapevtik profilli
zədələnənləri qəbul etmək üçün lazımi miqdarda çarpayı, dərman preparatları və avadanlıq
hazırlamalıdır.
Kimya sənayesinin obyektlərində iri qəza baş verdikdə zədələnənlər təkcə qəza baş verən sahə və
ya sexdə deyil, həm də digər sahə və ya sexdə olan fəhlə və qulluqçuların arasında, həm də müəssisəyə
yaxın yaşayan yerli əhali arasında baş verir. Eyni zamanda bu kimyəvi obyektdə qəza nəticəsində asan
buxarlanan maye və güclü təsir edən zəhərli maddələrin təsiri baş verir. Bu maddələr küləyin köməyilə
böyük əraziyə yayıla bilər və çoxlu insanın zəhərlənməsinə səbəb olar. Belə hallarda tibb xidmətinin
qüvvələri əvvəlcədən hazırlıqlı olmalıdır. Bu məqsədlə istehsalın xarakterini, güclü təsirli zəhərli
maddələrin həmin müəssisədə insanlara təsirini, küləyin təsir istiqamətini, zəhərlənməyə məruz qalan
sahəni, bu ərazidə yaşayan adamların sayını bilmək lazımdır. Sanitar itkilərin az olması üçün fəhlə və
qulluqçuların xəbərdar edilməsi və siqnallar ancaq müəssisəsində deyil, həm də ətrafda yerləşən
obyektlərdə həyata keçirilməlidir. Qabaqcadan müəyən sahələr üzrə sanitar drujinalar təhkim
olunmalıdır. Ətraf mühitin radioaktiv maddələrlə çirklənməsi ən çox atom elektrik stansiyalarında qəza
baş verdikdə əmələ gəlir. Radioaktiv zədələnən şəxslərin aktiv aşkar olunmasına xüsusi diqqət verilir.
Bu halda əhali şərti olaraq 3 qrupa ayrılır:
I. Zədə almayan şəxslər;
II. Az doza şüalanma alanlar, zədələnmə əlaməti olmayan şəxslər;
III. Kəskin şüa xəstəliyi və yanığı olanlar, şüalanma dozası alanlar.
Birinci qrupa aid olanlara müşahidə lazım deyil, lakin zəhərlənmiş ərazidə işlədikdə onlar
üzərində radiasiya nəzarəti qoyulur. İkinci qrupa aid olanlara fasiləsiz nəzarət qoyulur və qan müayinə
olunur. Bunlar zədələnmiş əraziyə buraxılmırlar. Üçüncü qrupa aid olanlar yəni, kəskin şüa xəstəliyi
əlamətləri olanlar müalicə üçün ixtasaslaşdırılmış müəssisələrə göndərilir.
Belə ki, iri qəzalarda zərərçəkənlərə tibbi yardımın təşkili ilə əlaqədar MMTX tərəfindən bütün
tədbirlər qabaqcadan dəqiqləşdirilməli və planlaşdırılmalıdır.