Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə54/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Tam dağılma zonası
- nüvə partlayışı mərkəzinə ən yaxın olan sahələrə deyilir və bu 
sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan çox olur. Burada 
istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların 
bir qismi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədər) və yeraltı kommunal-energetika şəbəkələri 
salamat qalır. Küçələrdə uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolları uçqunlarla tutulur. 
Güclü dağılma zonası
- 50-30 kPa izafi təzyiqə məruz qalmış sahələr aiddir. Buradakı 
yerüstü bina və qurğular güclü dərəcədə dağılır, sığınacaqlar və yeraltı kommunal-energetika 
şəbəkələri, habelə radiasiya əleyhinə daldalanacaqların əksəriyyəti salamat qalır. İşıq şüalanması 
nəticəsində güclü yanğınlar baş verir, küçələrdə başdan-başa uçqunlar əmələ gəlir. 
Orta dərəcəli dağılma zonası
30-20 kPa-dək izafi təzyiqin təsirinə məruz qalan sahələrdir. 
Bu zonanın hüdudları daxilindəki yerüstü binalar orta dərəcədə dağılır, yeraltı sığınacaqlar və 
şəbəkələr salamat qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması 
nəticəsində güclü yanğınlar törəyir. 
Zəif dağılma zonası
20-10 kPa-dək izafi təzyiq təsir göstərən sahələr aiddir. Burada yerüstü 
binalar zəif dağıntılara məruz qalır, onların qapı-pəncərələri, artımları, daxili arakəsmələri və s. dağılır. 
Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək–tək yanğınlar baş verir.
Dağıntı zonalarından kənarda zərbə dalğası mühafizə olunmamış adamlara təhlükə törətmir
binaları isə azacıq zədələyir. Yerüstü nüvə partlayışı zamanı zədələnmə ocağında bu sahənin partlayış 
məhsulları ilə çirklənməsi nəticəsində xeyli mürəkkəb radiasiya vəziyyəti yarana bilər. Radioaktiv 
buludun hərəkəti istiqamətindəki sektor ən yüksək dərəcədə çirklənəcəkdir. Radioaktiv maddələr tam 
parçalananadək alınan dozalara görə, radioaktiv buludun izi düşən bütün ərazi şərtli olaraq dörd 
zonaya ayrılır. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin