Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə38/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   34   35   36   37   38   39   40   41   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
79 
qrammatik modellərini müəyyənləşdirir [27]. Onun da 
araşdırmalarından bu nəticəyə gəlmək olar ki, zərgərlik sahəsi 
üzrə dialektlərdə çoxlu sayda söz vardır. Məsələn, hil//hel; 
Naxçıvanda “qadınların boyunlarına bağladıqları rombşəkilli 
qızıl boyunbağı” [150,s.197], çəçik//çəçix' Naxçıvan, İrəvanda 
“qızıl boyunbağı”, Naxçıvanda “qadınların topuqlarına bağ-
ladıqları muncuq” [150,s.92], silsilə Bakı, Quba, Naxçıvan, 
Salyan, Şərurda “qızıl və ya gümüşdən qadın bəzəyi” 
[150,s.437], küfə Axalsxidə “sırğa” [150,s.265], təkbənd 
Sabirabad, Şamaxı, Tovuzda “kəmər, bel qayışı” və s. 
[150,s.488]. 
Azərbaycanda inkişaf etmiş sənət sahələrindən biri də 
boyaqçılıq olmuşdur. Boyaqçılığın tarixi lap qədimə gedib 
çıxır. Azərbaycanın müxtəlif bölgələrində aparılmış arxeoloji 
qazıntılar aydın şəkildə göstərir ki, bizim eradan əvvəl də yerli 
əhali boyaq maddələrindən istifadə edirdi. Azərbaycan 
dilçiliyində ilk dəfə olaraq kargüzarlıq terminlərinin linqvistik 
aspektdə leksik-semantik, leksik-qrammatik cəhətdən təhlil 
edilməsi, onların yaranma mənbə və üsulları, işlənilməsi tarixi, 
quruluşu 
unifikasiyası 
üçün 
təkliflər 
H.Mirzəyevin 
dissertasiyasında verilmişdir [74]. Kargüzarlıq sahəsində 
işlədilən milli terminlərin xeyli hissəsi ilk dəfə tədqiqata cəlb 
olunmuş, dilçilik baxımından təhlil edilmişdir. Tədqiqat işinin 
əsas obyekti olan kargüzarlıq terminlərinin leksik-semantik 
təhlili bir daha sübut etdi ki, dialekt sözləri bu sahələrin 
formalaşmasında əsas mənbədir. Bu sahə üzrə terminləşməmiş 
dialekt sözlərinə dəvəqulağı Basarkeçərdə “bitki adı” 
[150,s.129], süddöyən Gəncədə//süddiyan Ağdaş, Cəbrayılda 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
80 
“yabanı boyaq bitkisi” [150, s.449], boruğ Cənubi 
Azərbaycanda “boyaq almaq üçün işlədilən yabanı bitki” 
[150,s.61], bəlgə Zəngilanda “boyaqçılıqda istifadə olunan 
bitki” [150,s.50], sarağan Balakəndə “bitki adı” [150,s.420], 
mar “Çənbərəkdə ip boyamaq üçün xüsusi hazırlanmış maye 
adı” bildirən sözləri misal göstərmək olar [150,s.345].
Azərbaycanda dulusçuluğun qədim tarixə malik olması və 
yüksək səviyyədə inkişafı öz növbəsində bu sənət sahəsi ilə 
bağlı leksikanın formalaşmasını və inkişafını şərtləndirmişdir. 
Azərbaycan dilinin tarixi leksikasının araşdırılması baxımından 
dulusçuluq leksikasının tədqiqata cəlb olunmasının xüsusi 
əhəmiyyəti vardır. Belə ki, burada əsrlər boyu dildə işlənmiş və 
günümüzə qədər gəlib çatmış xeyli sayda söz vardır, məsələn: 
karkar Qaxda “dəyirmanın çaxçaxı” [150,s.243], satıl 
Ağcabədi, Ağdam, Ağdərə, Basarkeçər, Bərdə, Cəbrayıl, 
Gəncə, Xocavənd, Qafan, Qazax, Laçın, Şəki, Zəngilanda 
“kəsərti alətlərini itiləmək üçün polad alət” [150,s.421], qələm 
Culfada “daşyonan alət” [150,s.291]; “qağala” Şəkidə balaca 
“saxsı qab” və s. [150,s.301]. 
Azərbaycan Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınır. 
Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir 
dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Azər-
baycanın təbii şəraiti onu dünyanın ipəkçilik mərkəzlərindən 
birinə çevirmişdir. Bu səbəbdəndir ki, bu peşə müasir dövrdə 
də inkişaf edir və məhsulları xarici ölkələrdə yayılır. Xüsusilə, 
son illər Azərbaycan ipəyinə, kəlağayısına maraq və önəm 
daha da artmış, ölkəni xaricdə təmsil edən əsas atributlar 
sırasında yer almışdır. İpək parça istehsalı ilə bağlı dialektlərdə 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin