Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Ümumişlək sözlərin mənasını tam itirərək



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə60/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   56   57   58   59   60   61   62   63   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

 
2.3.Ümumişlək sözlərin mənasını tam itirərək 
terminləşməsi prosesi 
 
Dil ilə cəmiyyət arasındakı münasibətlərin müxtəlifliyi 
daha çox sözün leksik və semantik dəyişmələrində özünü 
göstərir. Sözün semantik və leksik baxımdan inkişafı çoxşaxəli 
və mürəkkəb prosesdir. Məhz bu səbəbdən bu hadisəni izah edə 
biləcək xüsusi istiqamətin olmaması, xüsusi halların və 
sərhəddən kənar analoji faktların çoxluğundan sözün semantik-
leksik baxımdan inkişafını müəyyən qayda halına salmaq çətin 
olmuşdur. Əlbəttə, dilin fonetik və qrammatik quruluşuna 
nisbətən leksik sistem daha mütəhərrik və qeyri-sabitdir. Dilin 
ən çox dəyişikliyə uğrayan və eyni zamanda yenilənən hissəsi 
də məhz leksikologiyadır. Amma bu sözün məna inkişafını 
qruplaşdırmağa çətinlik yarada bilməz. Məna dəyişməsi 
əsasında terminləşmənin digər növü sözlərin əvvəlki 
mənasından tamamilə uzaqlaşaraq müəyyən sahə üzrə tam 
fərqli xüsusi məna daşıması prosesidir. Bu prosesi məna artma 
və məna keçmə proseslərinin vəhdəti kimi adlandırmaq olar. 
Mənaca inkişaf dedikdə, sözün əvvəlki mənasını saxlamaqla 
yeni məna qazanması nəzərdə tutulur. “Mənaca artma məna 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
123 
variantına malik olan sözlərin dilin inkişafı boyu əvvəlki məna 
variantını saxlamaqla yeni məna variantları qazanmasıdır. 
...Mənaca artma çox vaxt sözün işlənmə dairəsinin, 
funksiyasının genişlənməsi ilə qoşa, paralel yaranan və 
fəaliyyət göstərən prosesdir” [70,s.68]. Deməli, mənaca keçmə 
prosesində sözün əvvəlki mənası ilə əlaqələri tam itir və söz 
tamamilə yeni məna qazanır, məsələn: yastı sözü ədəbi dildə 
səthi düz, üzərində girinti, çıxıntı olmayan”, “çox qalın və 
hündür olmayan”, “alçaq” mənalarında işlənir maliyyə termini 
kimi isə “artımsız faizlə alınıb satılan istiqrazlar” mənalarında 
işlənir [155,s.548], [179,s.223]. Göründüyü kimi, söz 
terminləşdikdə əvvəlki mənası ilə əlaqəsi tam itmiş və yeni 
mənalı söz yaranmışdır. 
Mənaca artma və ya mənaca keçmə prosesi ümumişlək 
sözlərin terminləşməsi prosesində də rast gəlinən hadisədir. 
Belə ki, söz ümumişlək söz kimi öz mənasını saxlayır, amma 
terminləşdikdə qazandığı məna ilə əvvəlki məna arasında heç 
bir əlaqə olmur. Məna dəyişməsi əsasında terminləşmə 
prosesində sözün ümumişlək mənası demək olar ki itir. Söz 
əvvəlki mənasından tamamilə uzaqlaşır, yeni yaranmış məna 
ilə əvvəlki məna arasında heç bir əlaqə olmur. Məsələn, balıq 
sözü “qəlsəmə ilə tənəffüs edən, temperaturu dəyişən, üzgəclə 
hərəkət edən su heyvanının adı”nı bildirir [152,s.214]. Maliyyə 
termini kimi isə tam fərqli mənada “səhm buraxılışı üçün ilkin 
prospekt” kimi işlənir [189,s.34]. Göründüyü kimi, balıq sözü 
terminləşərkən əvvəlki mənasını tam itirir və maliyyə 
sahəsində yeni fərqli məna qazanır. Bu prosesi M.Qasımov 
mənanın xüsusiləşməsi kimi izah edir. “Bu və ya digər söz yeni 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
124 
məcazi mənada intensiv surətdə işlənilməyə başladıqda onun 
əvvəlki mənası bəzən arxa plana keçir, daha doğrusu, sözün 
mənasının xüsusiləşməsi prosesi baş verir” [47,s.124]. Deməli, 
təkcə bu halda mənanın keçməsi və dəyişməsi deyil, eləcə də, 
mənanın müəyyən sahə üzrə xüsusiləşməsi prosesi baş 
vermişdir. R.A.Budaqov yazır: “Bir sıra hallarda elə olur ki, 
ümumi ədəbi sözə texniki cəhətdən məna verərkən o daha çox 
xüsusi məna kəsb edir və özünün birinci mənbəyindən 
uzaqlaşır”[13,s.125]. 
Ümumişlək sözün terminləşərkən əvvəlki mənasını itirərək 
yeni məna qazanması əslində omonimiya hadisəsidir. 
S.Sadıqova semantik üsulla yaranan terminləri iki istiqamətdə 
qruplaşdırır: “1. Ümumişlək məna daşıyan sözün məna 
cəhətdən genişlənib termin mənası ifadə etməsi; 2. Terminlərin 
özünün semantik cəhətdən genişlənib daha yeni elmi-texniki 
terminoloji məna ifadə etməsi” [85,s.125]. Deməli, ümumişlək 
leksika ilə terminoloji leksikanı qarşılıqlı müqayisə etdikdə 
aydın olur ki, omonimiya hadisəsi iki səviyyədə baş verir: 
ümumişlək qatla terminoloji qat arasında və yalnız terminoloji 
qatda; Birinci halda ümumişlək söz yuxarıda qeyd etdiyimiz 
kimi əvvəlki mənasından tam fərqli mənada maliyyə sahəsində 
xüsusiləşir. Məsələn, öküz “bazar qiymətlərinin getdikcə 
artdığını müşahidə edərək, sonradan onları birjada satmaqda 
mənfəət əldə etmək ümidi ilə alan şəxs, birja iştirakçısı” 
mənasında termin kimi formalaşmışdır [147,s.254]. Bu hal 
omonimiya 
hadisəsi 
nəticəsində 
ümumişlək 
sözlərin 
terminləşməsidir. Ümumişlək söz kimi sözün leksik mənasında 
əyani hissi təsəvvür daha güclüdür, anlayış kimi obyekti 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin