Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
116
mühüm rol oynamaqla yanaşı, daimi və zəruri üsullardan hesab
olunur. Belə ki, bu üsulun termin yaradıcılığında digər
üsullardan üstünlüyünü qeyd edən V.V.Vinoqradov yazır:
“Semantik üsul termin yaradıcılığında bir sıra üstünlüklərə
malikdir. Belə terminlər daha yığcam olur, daha yaxşı yadda
qalır və daha yaxşı anlaşılır”[104,s.21].
Həqiqətən də
ümumişlək sözlərin terminləşməsi prosesində yaranan
terminlər kütlə arasında daha tez qavranılır və daha çox işlək
olur. Bu hadisə məna dəyişməsi əsasında baş verir. Məna
dəyişməsi semantik hadisə olub məfhumun daşıdığı funk-
siyaya, onun hər hansı əlamətinə, bənzərliyinə əsaslanır.
Məsələn,
hadisə sözü
“ictimai və şəxsi həyatda vaqe olan, baş
verən hal; əhvalat, vaqiə, vaqe” deməkdir [153,s.319].
İqtisadi
termin kimi “borclunun idarəsindən kənar baş verən qəzalar”
mənasını ifadə edir [166,s.91].
Yaxud da,
köynək sözü
“bədənin yuxarı hissəsinə geyilən yüngül geyim”, “musiqi
alətlərini və s-ni qoymaq üçün parçadan və s-dən tikilmiş
torba” deməkdir [153,s.765].
Musiqi termini kimi isə sazın
örtüyü, donu, torbası və s. adı kimi terminləşmişdir [168,s.58].
Hər iki nümunədə əlavə məna əsas məna əsasında yaranıb.
Birinci halda terminoloji məna məfhumun daşıdığı funksiyaya,
ikinci halda isə bənzətməyə əsaslanaraq yaranmışdır.
Terminologiya da dilçiliyin bir bölməsidir və təbii olaraq
dildə baş verən hadisələr bu sahəyə də təsirsiz ötüşmür. Yeni
anlayışlar yarandıqca dildə onları
ifadə edəcək sözə tələbat
yaranır. Mahiyyət etibarı ilə anlayışlar sözlərdən daha
çoxdurlar. Yeni anlayışları ifadə etmək üçün əsas istiqamət heç
şübhəsiz dilin daxili imkanlarıdır. Müasir Azərbaycan dilində