Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə55/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   51   52   53   54   55   56   57   58   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

 
 
 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
113 
2.2Ümumişlək sözlərin mənasını qismən itirərək 
terminləşməsi prosesi 
Terminoloji leksikanın inkişaf istiqamətlərindən biri də 
ümumişlək sözlərin məna genişlənməsi nəticəsində əvvəlki 
mənasını qismən itirərək müəyyən sahə üzrə xüsusiləşməsi 
prosesidir. Hər bir məfhum və ya leksik məna ümumiləşdirmə, 
mücərrədləşdirmənin nəticəsidir. İstər terminlər, istərsə də 
ümumişlək sözlər təfəkkürün mücərrədləşməsinin məhsuludur. 
İnsan təfəkkürünün və təxəyyülünün sərhədləri sonsuzdur. Bir 
elmi anlayışın bir konkret terminlə ifadə olunması zərurətdir. 
Ancaq anlayışların çoxluğu dildə mövcud sözlərin termin 
vəzifəsində işlənməsinə səbəb olur. Ümumişlək sözlərin 
terminləşməsi prosesində müxtəlif mənalar bir-birlərinə mane 
olmalı deyil. Sözün mənaca dəyişməsi haqqında danışarkən iki 
problem üzərində dayanmaq istərdik: məna dəyişməsinə səbəb 
olan elementlər və yeni məna yaratma üsulları. Məna də-
yişməsi kiçik miqyaslı dil hadisəsi deyildir və bu obyektiv 
gerçəklik, eləcə də, xalqın təfəkkürü, dünyagörüşü ilə bağlı 
olan hadisədir. Sözün mənasının inkişafında əsas səbəblərdən 
biri zəruriyyətdir. İkinci bir hal yeni yaranmış anlayış və ya 
məfhumdur. Məsələn, tələ sözü vəhşi və ov heyvanlarını və ya 
quşları, eləcə də siçan və s. tutmaq üçün cürbəcür qurğu 
deməkdir [162,s.303]. İdmanda isə – “rəqibin adi daşın 
damkaya çevriləcəyi anda ələ keçirmək üçün üç damanın 
düzülüşü” deməkdir [179,s.180]. Hər hansı daxili və ya xarici 
oxşarlıq əsasında anlayışlar arasında əlaqənin olması mənanın 
genişlənməsinə səbəb ola bilər. Yeni mənaların yaranma 
üsullarından biri də psixoloji və məntiqi konsepsiyadır. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
114 
Psixoloji konsepsiyanın əsasını ilk dəfə V.Vundt, məntiqi 
konsepsiyanı isə H.Paul, M.Breal qoymuşdur [127,s.45]. Daha 
sonra bu mövzunu daha geniş Karl Reyziq araşdırmışdır. Onun 
araşdırması dilçilik üçün hal-hazırda işlək olan mənanın üç isti-
qamətdə inkişafı konsepsiyasıdır. “Mənanın genişlənməsi- dar 
çərçivədə işlək olan sözün ümumişləklik qazanaraq geniş 
arealda işlək olması; mənanın daralması- əvvəlki prosesin əksi 
olaraq ümumişlək səciyyəvi sözün dar, məhdud arealda 
işlənməsi; mənanın köçürülməsi prosesi” [70,s.45]. Məna 
dəyişməsini zəruri edən səbəblərdən biri də predmet və ha-
disələrin dəyişməsidir. Mənanın funksional dəyişməsi- yeni 
yaranmış əşya və ya predmet köhnənin funksiyasını tam görür 
və beləliklə köhnə anlayışa ehtiyac qalmır, bununla da əvvəlki 
söz işləklikdən çıxır. Məna genişlənməsi elmi texniki tərəqqi, 
cəmiyyətin dünyagörüşü ilə bağlı tarixi proses hesab olunur. 
Bu cür söz yaratmada bir sıra sözlər öz ilkin mənalarını 
saxlamaqla yanaşı, yeni mənalar da qazanır və mənaca ge-
nişlənir. İ.O.Məmmədov yazır: “Mənaca genişlənmə zamanı 
söz əvvəlki mənasını itirir, ancaq həmin məna ilə bağlı, əlaqəli 
yeni məna bildirməyə başlayır” [70,s.67]. Beləliklə, məna geni-
şlənməsi deyərkən dildəki sözlərin geniş mənada işlədilməsi 
nəticəsində baş verən semantik hadisə nəzərdə tutulur. 
M.Qasımova görə sözün semantikasının inkişafında üç əsas 
proses müşahidə olunur: 1.Adi məişət sözlərinin terminləşməsi; 
2.Sözlərin mənasının xüsusiləşməsi; 3.Yeni məcazi mənalar 
hesabına sözlərin mənasının genişlənməsi; O, mənanın 
xüsusiləşməsini isə aşağıdakı kimi qruplaşdırır: 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin