Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
109
“orqanizmin xəstəliyə tutula bilmə qabiliyyəti, xəstəliyə qarşı
vəziyyətini” ifadə edir [153,s.376],[177,s.42]. Və ya asılı+lıq-
“birinin iradəsinə, hökmünə tabelik, birinin yardım və kö-
məyinə möhtac olma; sərbəstliyin, müstəqilliyin olmaması”
deməkdir [152,s.145]. Hüquq termini kimi isə “hər hansı bir
digər şəxsin nəzarəti altında olmaq” mənasını verir [211,s.8].
M.Qasımov –lıq şəkilçisindən danışarkən onun termin
yaradıcılığında dörd başlıca funksiyaya malik olduğunu
göstərir. Bunlara sənət-peşə, mücərrəd anlayış, əlamət və xüs-
usiyyət, əlamət və kəmiyyət məzmunlu terminoloji vahidlər aid
edilir [53,s.127-28]. Yuxarıdakı nümunələrdə -lıq şəkilçisi
mücərrəd anlayış bildirən terminlər yaratmışdır.
Feildən düzələn isimləri şəkilçilərlə birgə aşağıdakı kimi
qruplaşdırmaq olar. “Termin yaradıcılığında iştirak edən bu
şəkilçilərin hamısının funksiyası müxtəlifdir. Bəzi şəkilçilər
kəmiyyət etibarilə çoxlu miqdarda yeni termin əmələ gətirə
bildiyi halda, bəziləri yalnız məhdud dairədə işlənən sözlərə
artırılaraq az miqdarda yeni terminlər formalaşdırır” [58,s.70].
-ıq
3
–ik
4
; Bu şəkilçi əşya, obyekt, proses adı bildirən
terminlər düzəldir. Məsələn, bacarıq sözü “bilik, təcrübə,
vərdiş nəticəsində əldə edilmiş işgörmə qabiliyyəti” deməkdir,
pedaqoji termin kimi “hər hansı əməli və ya zehni əməliyyatın
adamın əldə etdiyi biliklər və həyat təcrübəsi əsasında tez,
dəqiq və şüurlu yerinə yetirə bilməsi” deməkdir [152,s.195],
[156,s.55]. Bilik sözü ümumişlək söz kimi “oxumaq və ya
təcrübə nəticəsində əldə edilən məlumat”, “elm” deməkdir
[152,s.305]. Pedaqoji termin kimi fəlsəfi mənada “bilik, xarici
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
110
aləmin dərk olunmasının təcrübədə yoxlanmış nəticəsi”
anlamını ifadə edir [156,s.67].
-ım
4
; Bu şəkilçi obyekt, vasitə, proses adı bildirən
terminlər düzəldir, məsələn: seçim, yığım, doğum, ölüm;
Düzüm sözü “mozaika tipli verilişlərdə, xüsusən informasiya
proqramlarında materialların (vizual, şifahi) aktuallığına,
ictimai
əhəmiyyətinə, məna bağlılığına görə ardıcıl
düzülməsi”dir [195,s.58]. Yaxud, yayım sözü müxtəlif
məzmunda yayım verilişlərinin təşkili, hazırlanması və elektrik
rabitəsi vasitələrinin köməyi ilə geniş dinləyici və tamaşaçı
auditoriyasına çatdırılması deməkdir [192,s.317]. Doğum
sözü“nəsli təşkil edən insanlar məcmusunda, yaxud nəsillər
məcmusunda uşaq doğumu prosesi”dir [181,s.127]. Ölüm sözü
“insan və ya heyvanın həyatının sona çatması”, “ömrün
nəhayəti, vəfat, ölmə” deməkdir və eyni vaxtda bir neçə sahə
üzrə xüsusiləşərək terminləşmişdir [154,s.550]. Belə ki, termin
kimi “nəslin ölüb-getmə prosesi, əhalinin təkrar istehsalının iki
əsas proseslərindən biri”, biznes registrdə “bilavasitə statistik
vahidlərə aid olan demoqrafik hadisə”, demoqrafik statistikada
isə “insan orqanizminin həyat fəaliyyətinin bərpa olunması
mümkün olmayan dayanması”dır [181,s.520].
-ma
2
; Bu şəkilçi məhsuldar bir şəkilçi kimi məsdərin son
samitini itirməsi ilə əmələ gəlib, feli isim tipli terminlər
yaradır. –ma
2
şəkilçisi ilə düzələn ümumişlək sözlər daha çox
terminləşir. Məsələn: boşanma, bölmə, bölünmə, gecikmə,
udma, udulma, qarışma, seçmə, ayırma; Bölmə sözü
ümumişlək söz kimi bir neçə mənada işləkdir: “riyaziyyatda bir
sayda neçə sayın olduğunu”, “bölmə əməli, bölmə cədvəli”,
|