Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
103
olmaqla termin istənilən mətndə eyni mənada işlənərək eyni
anlayışı ifadə edir. Bu səbəbdən onun təkmənalılığı əsas
şərtlərdən hesab olunur.
Termindən əsas tələb olunan cəhətlərdən biri də səs
kompleksi ilə məna arasında əlaqənin olmasıdır. Çoxmənalılıq
terminologiya üçün ciddi qüsur hesab olunur. Belə ki,
ümumişlək sözlərin çoxmənalılığı məna rəngarəngliyi kimi
qəbul olunduğu halda eyni hadisə terminologiya üçün ciddi
nöqsan hesab olunur. Müxtəlif mənalar bir-birlərini inkar
edərək qarışıqlıq yaradır. Halbuki ümumişlək sözlər əsasında
terminləşmə prosesində sözlərin semantik inkişafında məna
əlaqələnməsi hadisəsinin olması həm sözün daha yaxşı yadda
qalmasını, həm də onun termin kimi daha tez qavranılmasına
yardımçı ola bilər. Məsələn, ağı ümumişlək söz kimi “zəhər”,
“ölünün üstündə ağız açıb ağlamaq” mənalarında işləkdir,
musiqi termini kimi isə “hazırda arvadların yasda ölü üstündə
avazla, yanıqlı improvizasiya xarakterli bədahətən söylədikləri
tərif, bayatı” deməkdir [168,s.9]. Yaxud, imtina sözü
ümumişlək söz kimi “boyun qaçırmaq, çəkinmək, istəməmək,
rədd etmək” mənalarını bildirir, hüquq termini kimi isə “qanuni
hüquqdan və ya imtiyazdan könüllü imtina” anlamında işləkdir
[153,s.541],[189,s.105]. Verilən hər iki nümunədə sözlər əv-
vəlki məna çalarlarını saxlamış və ilkin məna əsasında terminə
çevrilmişlər.
Ümumi ədəbi dildə sözün çoxmənalılığı dildə ağırlıq və
anlaşılmazlıq yaratmadığı halda terminologiyada bu hadisə
qeyri-dəqiqlik və anlaşılmazlıq yarada bilər. Çünki hər bir
termin ayrılıqda hər hansı elmi sahəyə aid olan konkret anlayışı
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
104
ifadə edir və bu məna ilə dildə xüsusiləşir. Mənalar çoxalarsa,
konkretlik və dildə məna, anlayış xüsusiləşməsi olmaz.
Terminologiyada birmənalılıq bir anlayışın bir məna ilə
xüsusiləşməsidir. Bu barədəs.Novruzova yazır: “Sözün
mənasının dəyişməsi digər termin yaradıcılığı üsullarından bir
sıra üstünlükləri ilə seçilir. Ancaq bununla yanaşı bu proses
sözün çoxmənalılığı ilə nəticələnir və terminoloji dəqiqlik
prinsipini pozur” [122,s.41].
Terminlərdə ekspressiv çalarlar məqbul sayılmır. Çünki
terminlər dəqiqlik tələb edir, dəqiqlik olan yerdə isə obyektiv
gerçəklik psixoloji cəhətdən qiymətləndirilə bilməz. Məsələn,
alət sözü ümumişlək söz kimi “bir iş görmək, yaxud şey
qayırmaq üçün işlədilən texniki vasitə”, termin kimi isə
“vəziyyətin dəyişməsi məqsədilə əmək alətlərinə təsir üçün
nəzərdə tutulmuş texnoloji ləvazimat” deməkdir [181,s.20].
Nümunədə əşyanın mahiyyətinin dəyişməsi sözün mənaca
dəyişməsinə və inkişafına səbəb olmuşdur.
Məna genişlənməsi əsasında yaranan terminlər əvvəlki
mənasını itirmədən yeni məna qazanır. Bu zaman yeni
yaranmış məna ilə əvvəlki məna arasında əlaqə özünü qoruyub
saxlayır. “İlkin məna ilə birgə terminləşmə zamanı söz əvvəlki
mənasını qoruyaraq əlavə xüsusi məna qazanır. Terminlər
arasında elə sözlər vardır ki, onlar təkcə bir terminoloji sis-
temdə termin, həm də qeyri-termin, yəni ümumişlək söz kimi
işlənir” [85,s.16]. Bu proses polisemiya deyil, çünki burada
elm və cəmiyyətin inkişafı ilə bağlı olaraq sözün funksiyası
cəmiyyətdə genişlənmiş və bu məna genişlənməsi nəticəsində
termin yaranmışdır. Məsələn, ümumişlək söz olan borc
|