Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə49/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   45   46   47   48   49   50   51   52   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
101 
finisiyasıdır. Definisiya isə terminin aid olduğu sahənin 
anlayışı əsasında yaranır.
Sözün mənası həm əşya, həm də məfhumla müxtəlif 
şəkildə əlaqədar olur. Sözün səs cildinin məna ilə əlaqəsi 
siqnifikativ məna, səs, məna və predmetin qarşılıqlı əlaqəsi 
denotativ məna adlanır. Sözün mənası məfhuma nisbətdə geniş 
olduqda çoxmənalılıq yaranır. Çoxmənalı sözlərin hər biri bir 
məfhumu ifadə edir. İnsanın bədən üzvlərinin adını bildirən 
sözlərin bir qismi çoxmənalılığa doğru inkişaf edir, məcazlaşır, 
çoxmənalılıq yaradır. Həmin sözlər çoxmənalılıq yaratmaqla 
dilin lüğət tərkibini zənginləşdirirlər. Amma terminoloji 
leksikada bu proses eynilə təkrarlanmır. Terminin əsas 
xüsusiyyəti onun təkmənalı olmasıdır. A.Qurbanov yazır: 
“Təkmənalılıq termin üçün ən başlıca əlamətlərdən biridir. 
Termin çoxmənalı olduqda onun elmi əhəmiyyəti azalır, çünki 
çoxmənalılıq terminlər üçün anlayışların əks olunmasına lazımi 
imkan vermir” [58,s.99]. Aristotel yazır: “Çoxmənalılığa malik 
olmaq heç bir mənaya malik olmamaq deməkdir” [127,s.80]. 
Çoxmənalılıq əsasında söz yaradıcılığı prosesində məcazlaşma 
çaları sözlərdə əks olunsa da, terminologiyada bu hal mümkün 
deyil. Çünki termindən tələb olunan cəhət istənilən 
ekspressivlikdən, məcazlaşmadan uzaq konkret, lakonik, xüsusi 
ad olmalarıdır. Əgər çoxmənalılıq prosesi baş verərsə belə, bu 
zaman yeni anlayış həqiqi oxşarlıq ekvivalentlik əsasında 
yaranmalıdır. Məsələn, üz sözü ümumişlək söz kimi “insan 
başının qabaq hissəsi”, “surət, sifət, çöhrə, sima”, “toxunma 
şeylərin üst (avand) tərəfi (astar müqabili)” mənalarında 
işləkdir. Musiqi termini kimi bu söz yenə eyni mahiyyəti kəsb 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
102 
edir vəmusiqi alətlərinin səthi üçün”, “tar, kamança, nağara 
və başqa alətlərdə örtüyün adı” mənasında işlənir [168,s.94]. 
Göründüyü kimi, bu adlandırmalar arasında məcazi məna ça-
larına rast gəlinmir.
Beləliklə, təkmənalılıq terminin xüsusiyyətlərdən biri 
hesab olunur, amma bu da onun mahiyyətini dərk etmək üçün 
yeganə şərt sayılmır. Yəni hər bir təkmənalı söz termin sayıla 
bilməz. Əvvəl qeyd etdiyimiz kimi termin sözdür. Bu səbəbdən 
sözə xas xüsusiyyətlərə termində də rast gəlmək mümkündür. 
Bu xüsusiyyətlərdən bəziləri terminə uyğun, bəziləri isə ona 
yaddır. Belə ki, ümumişlək sözlər təkmənalı olduqları kimi 
çəxmənalı da olurlar. Çoxmənalılıq terminə tamamilə yaddır. 
Çünki terminin sabit müəyyən edilmiş mənası olmalıdır. 
R.A.Budaqov yazır: “Hərçənd “polisemiya” ən müxtəlif müasir 
dillərin leksikasına daxil olmuşdur, ancaq terminlər sistemində 
polisemiya, adətən, yox edilir. Termin monosemiyaya can atır, 
hər bir elmi terminin, adətən, möhkəm müəyyən edilmiş bir 
mənası olur” [13,s.33].
M.Qasımov isə terminlərin təkmənalılığı prinsipini qəbul 
etsə də bunu terminin mahiyyətini ifadə etmək üçün yeganə 
vasitə olmadığını qeyd edir: “Terminlərin təkmənalılığı onun 
simvolikliyi, mütləq neytrallığı demək deyildir. Təkmənalılığı 
bu və ya digər sözün termin kimi müəyyənləşdirilməsi üçün 
yeganə şərt hesab etmək olmaz ” [47,s.99]. 
Beləliklə, terminlərin təkmənalı və emosional ekspressiv 
çalarlara malik olmamağı onu üslubu cəhətdən neytral edir. 
D.S.Lotte qeyd edir ki, “termin məhdud və təsbit edilmiş 
məzmuna malik olmalıdır” [120,s.18]. Bu xüsusiyyətlərə malik 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin